Almaniyalı təqaüdçü Volfqanq Kirş ölkədə ən çox döyməsi olan insandır.
“Bild” xəbər verir ki, onun bədəninin demək olar ki, hamısı – 98 faizi rəsmlərlə örtülüdür və yalnız pəncələrində döymə yoxdur.
72 yaşlı kişi deyib ki, döyməyə olan həvəsi 1989-cu ildə Berlin Divarının yıxılmasından sonra başlayıb.
O vaxtdan bəri kişi bədəninə 86 böyük rəsm çəkdirib, üzünü, dodaqlarını, qulaqlarını və gözlərini boyayıb. Özünü Magneto adlandıran təqaüdçünün dərisi altında 17 implant var, bunlardan bəziləri kiçik metal əşyaları maqnit kimi çəkə bilir.
720 saatdan çox vaxtını döymə salonlarında keçirən Kirş 46 yaşında ilk döyməsini - gözünün altında yaş damlası döydürüb.