“Vaksinasiyadan öncə müayinə vacibdir”

13:50 15-03-2021 | icon 636 | Sağlamlıq
“Vaksinasiyadan öncə müayinə vacibdir”

Nərminə Abbasova: “Əgər vətəndaş koronavirusa yoluxubsa, indiki vaxtda vaksin olunması tezdir”

 

Sirr deyil ki, koronavirusa yoluxmuş bir çox insanlarımız məhz xəstəxanaya düşmək qorxusundan həkimə müraciət etməkdənsə, dost-tanışlardan eşitdikləri resept üzrə ev şəraitində müalicə olunublar və olunurlar. Belə olduqda isə təbii olaraq, onlar koronavirus xəstəsi kimi qeydiyyata alınmırlar.

 

Maraqlıdır, vətandaşların vaksinasiyasına başladıldığı bir vaxtda bu nüanslar nəzərə alınırmı? Ümumiyyətlə, virusa yoluxmuşla virusa yoluxmayana vaksin necə tətbiq edilir? İnsanlar nədən çəkinir?

 

Bununla bağlı Versus.Az-a açıqlama verən Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA öncə onu vurğuladı ki, artıq COVİD-19 pandemiyasının üçüncü dalğası barədə müxtəlif fikirlər yayılmaqdadır.

 

Xeyli vaxtdır vaksinasiyaya başlanıldığını qeyd edən həkim-terapevt bildirdi ki, indiyədək xeyli vətəndaşımız vaksinasiya olunub. Onun sözlərinə görə, vaqsinasiya olunanlardan bəzilərində ağırlaşmalar da baş verib:

 

“Hətta reanimasiyaya düşmək həddinə çatanlar da olub. Yəni adamlar var ki, pandemiyanı necə keçiriblərsə, vaksin olunanda da eyni hal keçiriblər. Yəni eyni simptomlar, eyni ağırlaşmalar. Biz bu xəstələri görməsək də, yaxınlarından aldığımız məlumatlardan vəziyyəti bilirik”.

 

Həkim-terapevt bildirdi ki, əldə etdiyi resept üzrə evdə müalicə olunanların bir çoxu bu minvalla yaxşılaşa biliblər:

 

“Mən özüm bir-neçə bu cür ev şəraitində müalicə olunub sağalanlar arasında sorğu keçirmişəm, deyiblər ki, həkimlərin müayinəsindən keçmədik, ev şəraitində müəyyən müalicə ilə sağaldıq.

Bir həkim-terapevt, ailə həkimi olaraq xəstələrimizdən soruşuram ki, yaxın 7-8 ay ərzində COVİD-19 virusuna yoluxubsunuz, yoxsa yox, ümumiyyətlə, koronavirusla bağlı hər hansı şikayətiniz olubmu? Əlbəttə, bəziləri yoluxduqlarını deyirlər. Çünki biz özümüz də müayinə zamanı xəstəliklərin çoxunun həmin pandemiyanın fəsadları kimi üzə çıxdığını görürük, özü də ağırlaşmış formada. Ona görə də hər hansı ağrılarla xəstəxanaya gələnlərə bu sualı vermək mütləqdir. Bəziləri deyir ki, “mən xəstələndim, filan simptomlar oldu, amma müəyyən müalicələrlə keçdi getdi”. Ancaq sual olunanda ki, yoxlandınızmı, virusa yoluxub yoluxmamanızı sübut edən bir analiz cavabı varmı, onlar yox cavabını verirlər. Çünki hamının xəstələndikdə həkimə getmək imkanı yoxdur. Yaxşı olar ki, vətəndaşda bu xəstəliyi keçirib keçirməməsini təsdiq edən sənəd olsun. Yəni Antitel yaranıb yaranmamasını bilmək lazımdır. Əslində vaksinasiya edilir ki, antitel yaransın, bədənimizin müqaviməti artsın. Amma məncə bu gün bu proses kortəbii aparılır. Düzdür, bütün dünyada vaksinasiya aparılır, bəlkə də hardasa başqa həkimlər də bu barədə mənimlə eyni fikirdədilər. Düşünürəm ki, vaksin etmədən öncə müayinə vacibdir. Hesab edirəm ki, əgər koronavirus keçiribsə, indiki vaxtda vaksin olunması tezdir. Minimum 6 ay müddət keçməlidir. Yalnız bundan sonra həmin insanlar vaksinasiya üçün müraciət etməlidirlər”.

 

Nərminə xanım bildirdi ki, sosial şəbəkələrdə bu mövzunun müzakirəsi insanları çaşdıra bilər. Odur ki, həkimlər media vasitəsilə insanları təlimatlandırmalıdır:

 

“Bizim ailə də vaksin olundu. Qeyd edim ki, müayinə olunduqdan sonra vaksinasiya olduq. Ara-sıra lazımi müayinədən keçmişdik. Həkim-terapevt, ailə həkimi olaraq tövsiyyəm bu olardı ki, lazım olan müayinələrdən keçdikdən sonra vaksinasiya olunmaq lazımdır. Çünki əgər kəskin formada xəstəlikləri varsa, vaksinasiya dayandırılır.

Bir məsələni də xüsusi qeyd edim ki, insanlarımız, əsasən yaşlılar COVİD-19 pandemiyası və vaksinasiya ilə bağlı məlumat almaq üçün gözlərini televiziyaya dikirlər. Bunlar nəzərə alınmalı, mütəmadi olaraq bu yöndə televiziyalarda infeksionustlər təbliğatlar aparmalı, insanları məlumatlandırmalıdırlar”.

 

Həkim-terapevt qeyd etdi ki, əgər kimdəsə koronavirusa yoluxub yoluxmamaqla bağlı şübhə varsa, ümumiyyətlə, hərbir halda analiz verməlidirlər.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...