“İntiharın səbəbləri öyrənilməli, aradan qaldırılmalıdır”

14:30 15-03-2021 | icon 670 | Cəmiyyət
“İntiharın səbəbləri öyrənilməli, aradan qaldırılmalıdır”

Könül İsmayılova: “Hər dövrün özünün intihar formaları var”

 

Son zamanlar ölkəmizdə İNTİHAR adlı kabus dolaşmaqdadır. Ardı-arda baş verən intihar hadisələri cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Xüsusilə gənc yaşda insanların intihara əl atması bu narahatlığı daha da artırıb.

 

Səbəb nədir? Bu cür insanlar üçün psixoloji yardım nə dərəcədə müəyyənləşdirilə bilər?

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini, psixoloq Könül İsmayılova bildirib ki, intiharların baş vermə səbəbləri müxtəlif olsa da, bu halların son günlər artmasında özünəqəsd hadisələrinin tirajlanması da rol oynaya bilər.

 

Psixoloq hesab edir ki, intihar hadisələri araşdırılsa məlum olar ki, bu həddə gətirib çıxaran səbəb daxildə ədalətsizliyə üsyan, ümidsizlik, acizlikdir. Psixoloq bildirib ki, intihar hadisələrinin dərindən araşdırılmasına ehtiyac var. Onun sözlərinə görə, intihar hadisələrini kifayət qədər ciddi araşdırmaq lazımdır. Bu səbəblər öyrənilməli, aradan qaldırılmalıdır.

 

Könül xanım onu da vurğulayıb ki, hər dövrün özünün intihar formaları var:

 

"Keçmişə nəzər salsaq görərik ki, əsasən qadınlar özlərinə yandırmaqla qəsd edirdilər. Zamanla qələvi məhlullar və dərman qəbulu ilə intihar növü artmağa başladı. Son günlər baş verən hadisələrdə isə biz intiharın ən qəddar növlərindən olan özünü yüksəklikdən atmaya rast gəlirik. Bu xəbərlər tirajlandıqca, sanki dəlinin yadına daş salırmış kimi hiss yaranır. Yəni sanki intihar etmək barədə düşünən kiməsə yol göstərilir. Beləliklə, canlarına özlərini yüksəklikdən atmaqla qıyırlar. Buna görə də hesab edirəm ki, intiharlar onların necə baş verməsinin ictimailəşdirilməsinin düzgün olmadığını söyləyir. Hadisələr onu göstərir ki, həqiqətən də intihar ictimailəşdikcə, intiharlar təkrarlanır”.

 

Psixoloq xanım deyir ki, buna psixologiyada "Verter effekti" deyirlər. Onun sözlərinə görə, bir hadisə haqqında nə qədər çox danışılırsa, nə qədər çox təqdim olunursa, onun təkrarlanma ehtimalı da bir o qədər çoxdur. Könül xanım vurğuladı ki, dünyada intiharlar üzərində keçirilən eksperimentlər də bunu təsdiqləyir:

 

“Hər kəsdə narahatlıq ola bilər. Həmin insanların arasında intihar fikrində olanlar da az olmur. Baş verən intihar hadisələri isə bu düşüncədə olanları sanki stimullaşdırır. Qeyd edim ki, son günlər baş verən intihar hadisələrinin yüksəklikdən özünü atma olması da təsadüfi deyil. Mətbuatı izləsək görərik ki, paytaxtda ard-arda baş verən özünəqəsd hadisələrinin hamısında intihar növü özünü binadan atma olub. Bu da məhz bu növ intihar hadisələrini artırır. Əgər kimsə özünü dənizə atsaydı, biz baş verən intihar hadisələrində intiharın məhz bu növünü görəcəkdik”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...