AUTİST VƏTƏNİN COCUĞU VƏ AUTİST COCUĞUN VƏTƏNİ
BİR DƏ DUZLU XİYARLA TOYUQ YUMURTASI
İGİD TEYMURLU
HƏR YEDDİ UŞAQDAN BİRİ AUTİST DOĞULAN AZƏRBAYCANda bu gün Milli Məclisdəki deputatxana işçiləri və Nazirlər Kabinetinin yarıtmaz fəaliyyətləri ucbatından adı çəkilən sindromdan əziyyət çəkən cocuqlar, onların valideyinlərinin dərdləriylə baş-başa qalmaları cəmiyyətimizdə həftə səkkiz, mən doqquz qiyməti qalxan və satışına limit qoyulan toyuq yumurtası qədər də çəkiyə malik deyil.
Keçmiş baş nazir heç olmasa ildə bir dəfə duzlu xiyarın şotuna olsa da üzə çıxardı. Novruz Məmmədov üçün deyəsən fırlatmağa bostanda bir şey qalmaylb. Amma elə həmin Novruz Məmmədovun rəhbərlik etdiyi kabinetin və Milli Məclisin deputatxana işçilərinin (millət vəkili tamam başqa şeydi) qəbul etdikləri geydirmə qərarların ucbatından adam az qalır ki, Allahın Özünə də asi ola.... Bu konuda başqa məqamları demirəm, götürün AUTİZM VƏ DAUN SİNDROMUYLA BAĞLI QƏBUL EDİLƏN QƏRARLARI saf-çürük edin. Sanki bu məmləkətdə bir idarənin o biri idarədən xəbəri yox, sanki bu məmləkətdə qanunlar millətin əhdini kəsməyə yönəlib. Hazirlər Kabinetinin formal olaraq təqdim etdiyi qərara nədənsə ayrılıqda ya Səhiyyə, ya da Təhsil nazirliyi "yox" deyir. Ölkənin Konstitusiyasında təsbit olunan vətəndaşın təhsil hüququ dolayı yolla həm Milli Məclis, həm də Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar əsasında tapdalanır. AUTİZM SİNDROMUYLA BAĞLI HANSISA KODLAR ALTINDA TƏQDİM OLUNAN DİAQNOZLARın işlək sferası barədə Səhiyyə deyil, Təhsil Nazirliyi qərar verir, özü də Nazirlər Kabinetinin təqdim etdiyi "spisok" əsasında. Hər iki Nazirlik özünü mağmun kimi aparıb çarəsiz durumda olduqlarını deyirlər. QƏNİRƏ PAŞAYEVA timsallı deputatxana işçiləri də əmələ deyil, sözə parıltı verməklə millətin gözünü qamaşdırmaqla məşğuldular. Hansısa tədbir keçirib selfi etmək problemin həlli deyil, nə yazıq ki, deyəsən bizim deputatxana işçiləri böylə anlamışlar məsələni.
Övladlarınız, övladlarınızın övladları bu sindroma yoluxanda siz bu millətin parasını dədənizdən, nənənizdənqalma miras kimi hara gəldi paylayıb probleminizi həll edirsiniz. Kasıb da öz ciyərparasını reabilaitasiya mərkəzlərinə aparıb onun cəmiyyətə adaptasiya olunmasını arzulayır, ancaq onun sizlər kimi xərcləyəsi parası yox və dərdləriylə baş-başadır. Qəbul etdiyiniz qəralar günün birində sizlərə də sipər olanda onda bugünkü dərdli vətəndaşın halını anlayacaqsınız. Ki, onda da başqa biveclər sizi o qapıdan bu qapıya göndərəcəklər - bu gün dərdləriylə baş-başa buraxdığınız yüz minləri aşan autistlər tək.
SİZ BU MİLLƏTİ VƏTƏNDƏN İYRƏNDİRİRSİNİZ, FƏRQİNDƏSİNİZMİ!? DUYDUQ, DUYMADIQ, DEMƏYİN, VƏTƏN ELƏ HƏMİN AUTİST COCUQDAN BAŞLAYIR, toyuq yumurtalarından yox!!!
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...