Torpaq üzərində vaksinin nəhəng təsviri
İtaliyanın şimalındakı boş torpaq sahəsində “Sputnik V” antikovid peyvəndinin nəhəng təsviri peyda olub.
“RİA Novosti” xəbər verir ki, torpaq üzərində çəkilmiş rəsmin müəllifi tanınmış italiyalı rəssam Dario Qambarindir. O, 10 ildən çoxdur ki, lend-art (torpaq üzərində rəsm) ilə məşğuldur.
“Bu təsvirin ərsəyə gəlməsi sırf gündəmlə bağlıdır. “AstraZeneca” vaksini ilə əlaqədar cərəyan edən proseslər göz önündədir. İndi bütün dünyanın ümidi məhz “Sputnik V” peyvəndinədir”, -deyə rəssam bildirib.
Qeyd edək ki, D.Qambarin öz əsərlərini traktorun köməyilə yaradır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"