“Rus məktəbləri üçün büdcədən pul xərclənməməlidir”

12:12 26-10-2018 | icon 690 | Təhsil
“Rus məktəbləri üçün büdcədən pul xərclənməməlidir”

 

Fuad Əliyev: “Dilləri bilmək, millət üçün təhlükə mənbəyi sayılmamalıdır”

 

 

“Azərbaycanda dövlətin öz maliyyəsi hesabına rus dilli məktəbləri açmasının əleyhinəyəm. Dövlət bu məktəblərin açılmasına görə pul xərcləməməlidir”.

 

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev son günlər yeni rus məktəblərinin açılması ətrafında aparılan müzakirələrlə bağlı açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda rus məktəbləri açmaq istəyən qurumlar, yaxud şəxslər bunu öz şəxsi maliyyələri hesabına həyata keçirməlidirlər. Belə bir təcrübənin ölkəmizdə Türkiyə dövləti  tərəfindən gerçəkləşdirildiyini deyən ALDP sədri, diqqəti bu cür özəl  məktəblərin açılmasına yönəldib. O, gənclərin xarici dilləri bilməsini vacib hesab edib:

 

“Gənclərimiz  nə qədər çox xarici dil bilsələr bir o qədər yaxşıdır. Çünki başqa dilləri bilmək insanların daha zəngin məlumatlara sahib olmasına, sivil dünyaya çıxışına təkan verən əsas amillərdən biridir. Eyni zamanda dilləri bilmək gənclərin xarici ədəbiyyatı tərcümə olunmamış variantda oxumalarına imkan yaratmaqla, başqa xalqların mədəniyyətini yaxından mənimsəməsinə imkan yaradan bir vasitədir.

 

Lakin hər şeydən öncə Azərbaycan təhsili inkişaf etdirilməlidir. Bu gün hər sinifə uyğun olan proqram və dərs vəsaitlərinin hazırlanması zərurəti var. Dərs vəsaitləri düzgün tərtib olunmalı və monitorinqi aparılmalıdır. Azərbaycan təhsil sisteminə cidi diqqət yetirilməlidir ki, insanlar öz dilində verilən dərslərə daha çox üstünlük versinlər”.

 

Fuad Əliyevə görə, elə bir uğurlu təhsil sistemi yaradılmalıdır ki, azərbaycanlı gənclər təhsil almaq üçün başqa ölkələrə üz tutmasınlar. Üstəlik təhsil aldıqları müəssisələrdə xarici dilləri çox asan şəkildə öyrənmək imkanı qazansınlar. Onun fikrincə, belə bir təhsil olarsa, kimsə öz övladını başqa dillərdə olan məktəblərdə oxutmaq istəməz.

 

Partiya sədri, ekspertlərin rus sektorunun gələcəkdə müstəqilliyimiz üçün təhlükə yaratması fikrinə statistik faktlarla aydınlıq gətirib:

 

“Mən bu fikirlərlə razı deyiləm. Hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır ki, bu da 7,6 faizi təşkil edir. Olkədə orta məktəblərin ümumi sayı isə 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizin rus dilində təhsil alması deməkdir. Ona görə də inanmıram ki, qalan 93,7 faiz bizim müstəqilliyimizi qoruya bilməsin”.

 

F.Əliyev hesab edir ki, Azərbaycanda təhsilin səviyyəsini qaldırmaqla yanaşı, xarici dillərdə verilən tədrisin bizim mədəniyyətə, adət-ənənələrə kölgə salmasına imkan vermək olmaz:

 

“Orta məktəblərdə yüksək təhsillə yanaşı, şagirdlərə Azərbaycan vətəndaşı kimi dövlətinə yararlı olmaq, onu sevmək, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıb qorumağı tərbiyə etmək lazımdır. Qoy hər bir azərbaycanlı gənc müxtəlif dilləri, mədəniyyətləri öyrənsin və biliyi, dünyagörüşü sayəsində öz ölkəsinin layiqli təbliğatçısına çevrilsin. Əsasən buna diqqət yetirilməlidir. Dilləri bilmək millət üçün təhlükə mənbəyi sayılmamalıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...