Yeganə qadın kosmonavtının obrazında gəlincik istehsal edib

15:20 17-03-2021 | icon 276 | Maraqlı
Yeganə qadın kosmonavtının obrazında gəlincik istehsal edib

“Barbie” brendi Rusiyanın “Roskosmos” kosmik agentliyinin yeganə qadın kosmonavtı Anna Kikinanın obrazında gəlincik istehsal edib.

 

TASS-ın məlumatına görə, bu barədə “Mattel” uşaq oyuncuqları istehsalçılarının mətbuat konfransında bildirilib.

 

Şirkətin nümayəndəliyindən vurğulanıb ki, gəlincik iki geyim variantında təqdim olunacaq: uçuş kostyumunda və açıq kosmos üçün skafandrda.

 

Kikinanın sözlərinə görə, gəlincik qızlara arzularına lazımi formada hazırlaşacaqları təqdirdə kosmonavt ola biləcəklərini anlamağa kömək edəcək.

 

“Barbi ilə oynayan hər qızın kosmonavt olmaq istəməsi vacib deyil. Əsas odur ki, onlar istədikləri peşəyə yiyələnmək üçün seçimlərinin olduğunu bilsinlər”, - deyə o, vurğulayıb.

 

Qeyd edək ki, 36 yaşlı Anna Kikina 2016-cı ildən bəri “Roskosmos”un yeganə qadın kosmonavtıdır. Onun ilk uçuşunun vaxtı isə hələ açıqlanmayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI