Pop ulduz atasını məhkəməyə verib
Amerikalı pop ulduz Britni Spirs atasını məhkəməyə verib.
“Rappler” resursunun məlumatına görə, müğənni aprelin 27-də məhkəməyə ifadə verəcək. O, atasının öz üzərindəki himayəçi statusunu ləğv etmək niyyətindədir.
Məlumata görə, 2008-ci ildə Britni həyat yoldaşı Kevin Federlinlə ayrıldıqdan sonra ciddi sarsıntı keçirib və psixiatrik xəstəxanada müəlicə alıb. Məhz həmin dövrdə müğənninin atası Ceyms Spirs onun üzərində himayə hüququ alıb.
2019-cu ildə ifaçının meneceri Codi Montqomeri də onun üzərində müvəqqəti himayə hüququ əldə edib. İndi xanım Spirs sonuncuya həmişəlik himayəçi statusu verilməsini, atasının isə bu hüquqdan məhrum olunmasını istəyir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"