Bayram günlərində əlavə məhdudiyyət olmayacaq

17:00 19-03-2021 | icon 675 | Gündəm
Bayram günlərində əlavə məhdudiyyət olmayacaq

“Xəstəxanalarda 1500-1600 nəfər koronavirus xəstəsi var. Xəstələrin sayı artarsa, sərtləşdirilmiş karantin rejiminə gedilə bilər”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib. 

 

O bildirib ki, səhiyyə sistemi pandemiya ilə mübarizəyə tam hazırdır:

 

“Xəstəxanalarda çarpayı ehtiyatı mövcuddur. Reanimasiya şöbələrində yoluxma sayına uyğun olaraq mübarizə aparılır. Vətəndaşları narahat edən məsələ yenidən sərtləşdirmənin olub-olmamasıdır. Burada önəmli faktor mövcud vəziyyətdir. Buna uyğun olaraq, yoluxma sayı artarsa, sərtləşdirilməyə gedilə bilər. Bu bizim hər birimizdən asılıdır.

Karantin rejimində əlavə məhdudiyyətlərə gedilməməsi üçün qarşıdan gələn bayram günlərində vətəndaşları karantin qaydalarına riayət etməyə çağırırıq”.

 

O bildirib ki, bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq:

 

“Hər hansı əlavə sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin