“Məni fikrimdən nəinki Hafiz Hacıyev, heç onun qardaşı da döndərə bilməz”

15:23 05-02-2018 | icon 743 | Siyasət
“Məni fikrimdən nəinki Hafiz Hacıyev, heç onun qardaşı da döndərə bilməz”

“Dövlət rəhbərini üzdə tənqid edib arxada yaltaqlananlar kifayət qədərdir”

“Düzünü deyim ki, Hafiz Hacıyev nə deyirsə, yalnız özünün istəyi ilə öz sözünü deyir. Başqaları kimi xəlvət qapıdan girib, xəlvət qapıdan çıxmır. Xarici havadarlar axtarmır və 100 faiz bilirəm ki, hakimiyyətdə olanların heç biri onu sevmir, ondan sözün əsl mənasında çəkinirlər”.

Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının Xankəndinin paytaxt elan edilməsi ilə bağlı video çıxışını sosial şəbəkədə paylaşan Camal Əhmədov adlı “Facebook” istifadəçisi öz rəyində bildirib. O, qeyd edib ki, Hafiz Haciyev öz partiyasının üzvlərinə arxayındır və seçkilərə də məhz AXC-Müsavatın əleyhinə olmaq məqsədilə qatılır:

“O, özü də reallığı dərindən dərk edib bilir ki, Əliyevlər rejimi hələ çox-çox illər Azərbaycanı idarə edəcəkdir. Lakin bütün bunlarla bərabər ölkə prezidenti istisna olmaqla, bütün hakimiyyət nümayəndələrinin hamısını həmişə aşkar olaraq haqlı və əsaslı tənqid edir, onların tutduqları vəzifələrdən azad edilməsini, xalqdan oğurladıqları milyardları xalqın xəzinəsinə qaytarmağı tələb edir. Hafiz Hacıyev dünənin uşağı deyil. Hakimiyyəti də, müxalifəti də 5 barmağı kimi yaxşı tanıyır. Hər iki tərəfin nümayəndələrinin necə deyərlər, DABBAQXANADA gönlərinə də yaxşı bələddir”.

O ki, qaldı MMP sədrinin dövlət başçısını tənqid etməməsinə, “Facebook” istifadəçisi hesab edir ki, partiya sədri əslində düzgün mövqedədir. Onun təbirincə desək, onsuz da dövlət rəhbərini üzdə tənqid edib arxada yaltaqlananlar kifayət qədərdir:

“Hafiz Hacıyev 100 faiz bilir ki, müxalifət düşərgəsində sözünə bütöv lider yoxdur. Hamısı partiya sədri olaraq qalmaq və müxalifət kimi ömrü başa vurmaq uğrunda bir-birləri ilə mübarizə aparır. Bir sözlə, Hafiz Hacıyev ağıllı adamdır, nə etdiyini çox gözəl bilir. Hafiz Hacıyev o adamdır ki, onu nə hakimiyyət nə də müxalifət sevir. Əksinə, hər iki düşərgə sözün əsl mənasında bacarsa idilər çoxdan həbsə göndərmişdilər”.

“Facebook” istifadəçisi onu da vurğulayıb ki, H.Hacıyevə qarşı heç bir mənfi fikri yoxdur, əksinə, onun söylədikləri ilə çox zaman razılaşır. Dediyinə görə, dost-tanış, yaxın qohumlar, hansı ki, yaşının çoxluğu və sağlıq durumu ilə bağlı ona ictimai-siyasi proseslərə qarışmamağı, istirahət etməyi tövsiyyə edir, onların da heç biri H.Hacıyevə rəğbət bəsləmir, mənfi münasibət sərgiləyirlər:

“Mənim üçün narahat olduqlarına görə, anlayıram onları. Amma Hafiz Hacıyevə qarşı digər bütün ictimai-siyasi münasibətlər mənim üçün boş, mənasız və əhəmiyyətsizdir. Hafiz Hacıyevlə bağlı paylaşımımı da başqalarının xoşu gəlməsə də, acıqlarına səbəb olsa da mən səmimi olaraq özümün şəxsi münasibətimi aşkar olaraq bildirmək istədim. Və məni fikrimdən nəinki Hafiz Hacıyev, heç onun qardaşı da döndərə bilməz”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”