Bir ildə 63 kq arıqladı

09:57 20-03-2021 | icon 258 | Maraqlı
Bir ildə 63 kq arıqladı

Pandemiya dönəmində 63 kq arıqlayan avstraliyalı qadın yeni bədən quruluşunun həyata baxışını necə dəyişməsindən danışıb.

 

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, Melburndan olan Hasinta Hayden evdə qaldığı müddətdə öz çəkisini iki dəfə azaldıb. 28 yaşlı menecer öz hədəfinə 128 kq-dan başlayıb. Bir illik mütəmadi fiziki məşqlər və kalorisi az rasion onu özünün də dediyi kimi “ən gözəl və sağlam halına” gətirib.

 

Kök vaxtlarında Hayden halsızlıqdan və oynaqlarında dəhşətli ağrılardan əziyyət çəkirdi. Bu isə onun işinə mane olurdu. Çəkisi qadının psixoloji sağlamlığına da təsir edib.

 

“Özümə qapanmışdım, dostlarım və ailəmlə ünsiyyətdən qaçırdım”, - deyə o, həmin günlərini xatırlayarkən bildirib.

 

Gənc qadın hədəfinə doğru aşağı intensivli hərəkətlərdən - səhər və axşam gəzintilərindən başlayıb. Sonra evdə kardio məşqlərlə davam edib.

 

“Çəkim azaldıqca, daha çox məşq etmək istəyirdim”, - deyə gənc qadın bildirib.

 

O, həmçinin qida qəbulunda da dəyişiklik edib. Hayden etiraf edir ki, əvvəllər çoxlu ayaqüstü qəlyanaltılar, şirniyyatlar və qazlı içkilərdən ibarət olan rasionunu qatıq, yoqurt, tünd qəhvə, pendirli və tərəvəzli makaron, toyuq əti ilə əvəzləyib, ara vaxtlarda isə təzə meyvə, az miqdarda qoz-fındıq qəbul edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür