Şəhid övladları ilə virtual görüş keçirilib

09:25 22-03-2021 | icon 433 | Cəmiyyət
Şəhid övladları ilə virtual görüş keçirilib

Qənirə Paşayeva: "Şəhid övladları ömrü boyu başıuca, alnıaçıq, üzüağ yaşayacaq"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində oxuyan şəhid övladları ilə virtual görüşdə çıxış edib.

 


Versus.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva öz çıxışında I və II Qarabağ müharibəsindən, tarixi zəfərimizdən, Vətən övladlarının göstərdiyi misilsiz qəhrəmanlıqlardan söz açaraq, builkii Novruz bayramında Şuşada, işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda bayram tonqalları qalaya bildiyimiz üçün ilk növbədə şəhidlərimizə minnətdar olduğumuzu deyib. “Şəhidlərin ruhu qarşısında dərin ehtiramla baş əyirik!” deyən Q.Paşayeva, şəhid övladlarının ömrü boyu başıuca, alnıaçıq, üzüağ yaşayacağını söyləyib.

 


Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbəni dövlət-xalq birliyinin, Azərbaycanın haqlı davasının, xalqımızın qəhrəmanlıq irsinin təntənəsi kimi dəyərləndirən Q.Paşayeva, qələbəmizin, şəhdilərimizin qəhrəmanlığının orta məktəblərində təbliği və öyrənilməsini alqışlayıb, təqdir edib:


“Əziz şəhid övladları! Siz əziz şəhidlərimizin bizə yadigarısız! Bizlər sizləri öz ailə üzvlərimizdən seçmirik, sizlər də bizim balalarımızsız, doğmamızsız. Düşmən üzərində qələbə münasibəti ilə təbriki, sevinci, qüruru ən çox siz haqq edirsiz. Sizi bağrımıza basır, öpür, yeni uğurlar diləyirəm!”


Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, General-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə xanım Cəfərova, Xalq artisti Nurəddin Mehdixanlı və şagirdlər çıxış edib.

 

Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarına həsr olunmuş video-çarx nümayiş olunub.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...