Bu məhsulları supermarketlərdən almaq təhlükəlidir?

09:46 22-03-2021 | icon 251 | Maraqlı
Bu məhsulları supermarketlərdən almaq təhlükəlidir?

Çinli “WeChat” blogeri supermarketlərdən alınması təhlükəli olan məhsulları sadalayıb.

 

“İzvestiya” nəşrinin məlumatına görə, çinli bloger ilk növbədə çəkilmiş ət məhsullarının adını qeyd edib. Onun sözlərinə görə, marketlərdəki belə məhsulları bir qayda olaraq köhnə və keyfiyyətsiz xammaldan hazırlayır, qarışığa çoxlu miqdarda piy əlavə edirlər.

 

Turşuları, duza qoyulmuş tərəvəzləri də supermarketlərdən almağa dəyməz. Onların istehsalında da, adətən köhnə xammaldan istifadə olunur. Turşular açıq konteynerlərdə satılır və ətrafda gəzən alıcılardan onların üzərinə bakteriyalar düşür.

 

Toyuq-qril həmçinin təcili satılmalı olan köhnə məhsullardan hazırlanır.

 

Doğranmış meyvələr isə əksər hallarda çürük xammaldan əldə olunur. Sadəcə meyvələrin xarab olmuş hissələri kəsilərək atılır, saf hissəsi isə doğranaraq qablaşdırılır.

 

Blogerin fikrincə, supermarketlərdən balıq və ədviyyat almaq da məsləhət deyil. Belə ki, həmin məhsullar da, bir qayda olaraq, köhnə olur. Sadəcə, köhnə balıqlar dondurulur, ədviyyat isə yenisilə qarışdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”