Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan tədqiqatçı, nasir Şahnaz Kamalla Mədəniyyət Komitəsində görüşüb.
Versus.Az xəbər verir ki, Q.Paşayeva Ş.Kamalın Rusiyanın quzey paytaxtında Azərbaycan həqiqətlərinin intellektual təbliği, Sankt-Peterburqda yaşayan həmvətənlərimizin yeniyetmə və gənc övladlarının Azərbaycan dilini, mədəni irsimizi öyrənmələri sahəsində zəhmətini minnətdarlıqla qeyd edib.
Komitə sədri özəlliklə, Ş.Kamalın son illər yazdığı yaxud tərtib etdiyi rusdilli kitabları yüksək dəyərləndirərək, ona təşəkkür edib.
Ş.Kamalı Novruz bayramı münasibəti ilə təbrik edən Q.Paşayeva ona Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.
Şahnaz Kamal görüş və təbrik üçün Komitə sədrinə təşəkkürünü bildirib.
PƏRİ
Versus.Az