Tokat 2-ci Kitab Fuarında kitab təqdimatı və imzalanma mərasimi

17:43 26-10-2018 | icon 800 | Ədəbiyyat
Tokat 2-ci Kitab Fuarında kitab təqdimatı və imzalanma mərasimi

 

 

Qənirə Paşayeva: “Bu kitablar gənclərimiz arasında türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verəcək”

 

 

 

Türkiyənin Tokat vilayətində 2-ci Kitab Fuarı çərçivəsində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, imza mərasimində çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər.

Millət vəkili Qənirə Paşayeva Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğluna bu il keçirdikləri Kitab Fuarında əsas mövzunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etmələri üçün təşəkkürünü bildirib və bunun böyük önəmi barədə fikirlərini bölüşüb. Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən danışan millət vəkili çoxlu sayda gənclərin imza mərasiminə qatılmasından çox məmnun olduğunu deyib. O, kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib.

 

Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan, Türk dünyasının probemləri və çıxış yolları barədə danışan Q.Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. Bildirib ki, dünyanın harasında doğulub, harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik.

 

Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” - deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını cavablandırıb. “Müəllifi olduğum kitablara, özəlliklə Azərbaycana olan böyük diqqət bizi çox duyğulandırdı” – deyən Q.Paşayeva gəncləri maraqlandıran suaları cavablandıırıb və bələdiyyə başqanı, Tokat vilayətinin rəsmiləri, aydınları ilə birlikdə Kitab Fuarını gəzib, yazarlarla, sakinlərlə geniş söhbət edib və Azərbaycanla bağlı onları maraqlandıran sualları və fikirləri də cavablandırıb.

 

Bir çox yazarlar millət vəkili Q.Paşayevaya kitablarını hədiyyə edərək “qardaş Azərbaycana gəlməyi və görməyi çox istəyirik” deyiblər. Q.Paşayeva onları ölkəmizə dəvət edib və yaradıcılıqlarında Azərbaycana da yer ayıracaqlarına ümidvar olduğunu vurğulayıb.

 

Q.Paşayeva eyni zamanda Tokatda Kitab evində gənclərlə görüşüb, onlara Azərbaycandan danışıb və suallarını geniş cavablandırıb.

 

Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”