Arif Babayev Ağdamda valideynlərinin məzarını tapa bilmədi

07:30 23-03-2021 | icon 500 | Mədəniyyət
Arif Babayev Ağdamda valideynlərinin məzarını tapa bilmədi

Görkəmli xanəndə, Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağına ayaq basıb.

 

Versus.Az xəbər verir ki, 83 yaşlı Xalq artistinin ən böyük arzusunu “Xəzər” televiziyasının “Birinci studiya” verilişinin heyəti reallaşdırıb. 

 

Çəkiliş heyəti əvvəlcə sənətkarın ata yurdu olan Sarıhacılı kəndinə baş çəkib.

 

Xalq artisti doğma torpağını öpərək qovuşduğu günə şükür edib:

 

“Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların qarşısında baş əyməliyik. Qan töküb torpaqlarımızı geri aldılar. Allah ordumuza cansağlığı versin!”

 

Görkəmli xanəndə kənd qəbiristanlığına gedərək valideynlərinin məzarını axtarsa da, məlum olub ki, orada salamat qalmış bir məzar belə qalmayıb. O, gətirdiyi qərənfilləri Qarabağda yatan və illərdir əzizlərini gözləyən bütün vəfat edənlərin adına qırılmış məzar daşlarının üzərinə düzüb. 

 

Arif Babayev, həmçinin Ağdamda xidmət edən hərbçilərimizlə görüşüb, Ağdamın Cümə məscidini ziyarət edib. Canını vətən yolunda qurban verməyə hazır olan hərbçilərimiz üçün dualar edib.

 

Xatırladaq ki, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi-muğamları xüsusi yer tutur. Xalq artisti “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Bakı Metropolitenində dekabrın 1-dən YENİ REJİM

ABŞ-ın Azərbaycana qarşı ikili standartlarına son qoyan reallıq

“CinemaPlus”da bu tarixlərdən etibarən

Zəngilanda top mərmiləri tapıldı

Metroda yeni texniki qurğu istifadəyə veriləcək

Təhlükəsizlik Şurası TOPLANIR

İrem Dericiden azərbaycanlı müğənniyə etiraf

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

“İncə sənət” adlı proqram təqdim edilib

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir