“İstedadlı qızlara daha çox dəstək olmalıyıq”

18:09 26-10-2018 | icon 964 | Ədəbiyyat
“İstedadlı qızlara daha çox dəstək olmalıyıq”

   

 

Millət vəkili: “İnanıram ki, bir neçə il sonra Gülnaz Nağızadənin əsərlərinin səsi xarici ölkələrdən gələcək”

 

 

Sumqayıt Poeziya Evinin təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə məktəbli yazar Gülnaz Nağızadənin yeni nəşr olunmuş "Femidanın gözləri” povestinin təqdimat mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı gənc yazarı iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb.

 

Filoloq Aygün Yaşar təqdimatı keçirilən kitab barədə məruzə edib, kitabın redaktoru, professor Vaqif  Yusifli gənc yazarın kitabının bədii məziyyətlərindən danışıb.

 

Gənc istedada yüksək dəyər verib tədbirə qatılan millət vəkili Qənirə Paşayeva Gülnaz Nağızadəni təbrik edərək onun gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə edib. O, istedadlı gənc yazarla Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin Masallıda kitab günü ilə bağlı təşkil etdiyi tədbirdə tanış olduğunu bildirdi və kəndlərlə, rayonlarda uşaqlar, gənclər arasında kitab oxumağa, müaliəyə meylliyinin artırılması məqsədilə keçirilən tədbirlərin Gülnaz kimi istedadlı gənclərin aşkar edilməsində əhəmiyyətini vurğuladı. Bu cür istedadlı gənclərin məktəblilər, gənclər arasında tanıdılmasının vacibliyini qeyd edən millət vəkili Gülnaz kimi gənclərdə bədii yaradıcılıqla məşğul olmağa daha böyük həvəs oyadacağına inandığını deyib:

 

“Hesab edirəm ki, Gülnaz kimi istedadlı qızlarımıza vaxtında ilk olaraq ailədən başlayaraq daha çox mənəvi dəstək olmalıyıq” deyən millər vəkili Gülnazın ailəsinə qızlarına hər zaman dəstək olmalarından dolayı təşəkkürünü bildirib və "siz bir çox ailələr üçün yaxşı örnəklərdən birisiniz" deyib. Millət vəkili Gülnaza yaradıcılığında dəstək olan hər kəsə təşəkkür edib və "hər zaman yanındayıq, inanıram ki, bir neçə il sonra sənin əsərlərinin səsi xarici ölkələrdən gələcək və sənə bunu arzulayıram" - deyib.

 

Çıxışın sonunda millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova müəllifə xatirə hədiyyələri təqdim ediblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova gənc qızlarımıza daha çox dəstək göstərməliyik deyərək çıxışının sonunda rəhbərlik etdiyi təşkilatın Gülnazın 3-cü kitabının nəşrinə dəstək olacağını bildirib. Bu addım tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.

 

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Sumqayıt şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru Gülbahar Haqverdiyeva, Gülnazın təhsil aldığı 12 saylı orta məktəbin direktoru Reyhan Baxşiyeva, müəllimələri Sevda Nəsirova, İradə Quliyeva, "Yeni yol” qəzetinin redaktor müavini, Gülnazın ilk kitabı - "Xoşbəxtlik qapını döyür” povestinin redaktoru Rəsul Rzayev, şairlər Zirəddin Qafarlı və Givi Paçxataşvili, cərrah Qeyrət Xəlilov, Respublikanın əməkdar müəllimi, şairə Ofelya Babayeva, məktəbli yazarın sinif yoldaşları çıxış edərək Gülnaz Nağızadəni təbrik ediblər.

 

Daha sonra söz müəllifə verilib. O da öz növbəsində kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edərək ailədən və dövlətdən aldığı dəstəyin qarşılığında ona olan etimadı doğruldacağını qeyd edib.Təqdimatın sonunda gənc yazarın valideynləri çıxış edərək qızlarının istedadına dəyər verib tədbirə gələn və kitabların nəşrində rolu olan hər kəsə təşəkkürünü bildirib.

 

Xatırladaq ki, kitabda qarşılaşdığı haqsızlıqlarla mübarizə aparmaq üçün hüquqşünas olmaq istəyən bir albinos qızın tale yolu qələmə alınıb. Müəllif Sumqayıt şəhərində yerləşən Nəsirəddin Tusi adına 12 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”