Nəcməddin Sadıkovun Dubay görüntüləri ictimailəşdirildi
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun yeni görüntüsü yayılıb.
Versus.az Unikal.org-a istinadən xəbər verir ki, general Dubayda istirahət edir.
Xatırladaq ki, bundan öncə yayılan xəbərlərdə Nəcməddin Sadıkovun səhhətində guya problem yarandığı, onun Moskvada müalicə olunduğu bildirilmişdi.
Görünün isə budur ki, Nəcməddin Sadıkov səhhətilə bağlı hər hansı problem yaşamır.
Azərbaycan Müdafiə Nazirliyi bu il yanvarın 28-də yaydığı məlumata görə, general-polkovnik Nəcməddin Sadıkov müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılaraq, ordu sıralarından ehtiyata buraxılıb.
N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"