15 turist qar uçqunu altında qalıb
Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda baş verən qar uçqunu nəticəsində 2008-ci il təvəllüdlü uşaq ölüb.
Bu barədə “TASS” məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, digər 15 turistin ciddi tibbi yardıma ehtiyacı yoxdur. Fövqəladə hadisə yerinə itlər, 18 xüsusi avadanlıq, 11 qar motosikleti də daxil olmaqla 53 xilasedici cəlb edilib.
Qeyd olunub ki, 16 nəfərdən ibarət olan turistik qrupun 13-ü yetkinlik yaşına çatmayanlardır.
Hadisə İmandra stansiyasından 5 km aralıqda, Murmansk vilayətinin xizək marşrutlarının keçdiyi Monçeqorsk və Oleneqorsk bölgələrinin sərhədində baş verib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"