Komitə sədri yubilyarla görüşdü

08:28 23-03-2021 | icon 387 | Mədəniyyət
Komitə sədri yubilyarla görüşdü

Qənirə Paşayeva: "Siz həmişə öz ziyalılığınız, vətəncanlılığınız, xeyirxahlığınızla seçilmisiz"

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva tanınmış yazıçı, şair, publisist, tərcüməçi Seyran Səxavətlə görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili şairi 75 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

"Hörmətli Seyran müəllim, Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram! Çox şadam ki, builki yubileyinizi doğma Füzulinin və digər torpaqlarımızın azad olunması fonunda keçirirsiz. Siz həmişə öz ziyalılığınız, vətəncanlılığınız, xeyirxahlığınızla seçilmisiz. Əsərləriniz oxucular tərəfindən həmişə maraqla qarşılanıb. "Hamı elə bilirdi ki", "Daş evlər", "Dar köynək", "Nekroloq", "Palıd toxumu", "Yəhudi əlifbası" və başqa kitablarınız məşhurdur. "Qapıların o üzündə qalan dünya", "Büst", "Qızıl teşt" pyesləriniz Akademik Milli Dram Teatrı başda olmaqla respublikamızın bir çox teatrında tamaşaya qoyulub, izləyicilərin rəğbətinə, alqışlarına səbəb olub. Bununla belə dramatik əsərləriniz əsasında bir çox televiziya tamaşaları hazırlanıb. Əsərləriniz dünyanın bir çox dilinə - əfqan, ingilis, fransız, alman, rus, fars, ərəb, ukrayna, gürcü, tacik, moldova və qardaş türkcələrə çevrilib. Hələ sovet dövründə Moskvada gün üzü görən nəsr kitabınız 100 min tirajla nəşr olunub.

Sizi Mədəniyyət komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm! Yubileyiniz mübarək olsun"!

 

Q.Paşayeva S.Səxavətə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və xatirə hədiyyələri təqdim edib.

 

S.Səxavət səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür