“ABŞ Çini məsuliyyətə cəlb edəcək”

06:29 26-03-2021 | icon 356 | Dünya
“ABŞ Çini məsuliyyətə cəlb edəcək”

ABŞ prezidenti Co Bayden dövlət başçısı qismində özünün ilk mətbuat konfransını keçirib.

 

TASS xəbər verir ki, tədbir zamanı Ağ Evin rəhbəri bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb.

 

İlk növbədə o, ABŞ-ın Çini Tayvanla bağlı siyasətinə görə məsuliyyətə cəlb edəcəyini bildirib.

 

Prezident Şimali Koreyanı BMT TŞ-nin qətnamələrini pozmaqda ittiham edib və asiyalıların vəziyyəti gərginləşdirdikləri təqdirdə ABŞ-ın “lazımi şəkildə cavab verəcəyi” ilə hədələyib.

 

Bayden hazırda dünyada avtokratiya ilə demokratiya arasında mübarizənin getdiyini söyləyib.

 

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması məsələsinə toxunan dövlət rəhbəri bunun may ayında reallaşdırılmasının çətin olacağını qeyd edib.

 

O, həmçinin mayadək ölkədə 200 min nəfərin koronavirusa qarşı peyvənd olunmasını hədəflədiklərini dilə gətirib.

 

ABŞ prezidenti öz sələfi Tramp üçün darıxdığını, lakin onu növbəti seçkilərdə özünə rəqib kimi görmədiyini də bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür