YENİ MƏDƏNİYYƏT KÖRPÜSÜ

17:04 27-10-2018 | icon 508 | Mədəniyyət
YENİ MƏDƏNİYYƏT KÖRPÜSÜ

 

Xalq artisti Brilliant Dadaşova və Türkiyənin “Kamal Müzik Yapım & Menajerlik” şirkətinin rəhbəri Kamal Aslan media nümayəndələrini bir araya toplayaraq, “Turkiyə və Azərbaycan mədəniyyət körpüsü” layihəsini təqdim etdilər.

 

Versus.Az-ın məlumatına görə, layihənin təqdimatında Kamal Aslan bildirib ki, Türkiyə və Azərbaycan musiqi sənətkarlarının birgə çalışması və səhnəyə çıxması onları daha da yaxından tanımaq üçün böyük bir fürsətdir. Bu baxımdan məhz belə bir layihə çərçivəsində işə başlamaq niyyətindədir.

 

On min tamaşaçı yerləşdirən “Marina Arena” konsert salonunun sahibi olan Kamal Aslan bu layihənin uğurlu olacağına inanaraq, bu addımı atdığını bildirdi. Laihə çərçivəsində konsert vermək üçün Bakıya Türkiyədən gələn, yaxud da Türkiyəyə Bakıdan gedən müğənnilər mütləq şəkildə ölkənin tanınmış sənətçiləri ilə duet oxumalıdırlar. Bununla bərabər digər layihələrdə iştirakları qaçılmazdır.

 

Beləliklə, müğənnilər hər iki ölkədə daha da böyük məşhurluq qazanacaqalar. Bu layihənin baş tutmasında tanınmış müğənnilərdən savayı, istedadlı gənc iştirakçılara da yer veriləcək.

 

Təbii ki, tanınmış müğənni, Azərbaycanın xalq artisti Brilliant Dadaşova belə bir layihəyə laqeyd qalmayıb. Brilliant xanım söylədi ki, Kamal Aslanın çox ciddi bir iş adamı olduğunu bidiyi üçün bu təklifdən imtina edə bilməzdi.

 

Beləliklə, ilk addımlar məhz mətbuat konfransıyla atıldı, çünki bu da layihənin tələblərindən biridir. Kamal Aslan bunu da vurğuladı ki, hər zaman bir birini dəstəkləyən iki ölkənin bir milləti olaraq, siyasətdə olduğu kimi, mədəniyyət sahəsində də əl-ələ verərək bərabər olmalıdır.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı