Fındıq bu xəstələrə şəfa ola bilər

13:59 29-03-2021 | icon 284 | Sağlamlıq
Fındıq bu xəstələrə şəfa ola bilər

Aimlər, xərçəngin qarşısını alacaq möcüzəvi qidanın çiy fındıq olduğunu açıqlayıb. Vitaminlərlə zəngin olan fındığın digər faydalarını təqdim edirik.

 
 
 
Versus.Az Novruz süfrələrinin bəzəyi olan fındığın orqanizmə faydalarını təqdim edir.
 
 
 
1.İmuniteti qüvvətləndirir
 
 
 
Fındıq yağı E vitamini baxımından zəngindir. E vitamini, qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq qan azlığı riskini azaldır. Doğru qan dövranı soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldaraq immunitet sistemini gücləndirir.
 
 
 
2.Sinirləri möhkəmləndirir
 
 
Tərkibindəki qida elementləri tam bir sağlamlıq anbarı olan fındıq, B6 vitamini baxımından zəngindir. B6 vitamini sinir sisteminin düzgün şəkildə işləməsini təmin edir və sinir sistemimizin sağlam bir şəkildə funksiya göstərə bilməsi üçün seratonin, melatonin və epinefrin kimi hormonların ifraz olunmasını təmin edir.
 
 
 
3.Diyabet riskini azaldır
 
 
Həkimlər, diabet xəstələrinin müntəzəm olaraq fındıq qəbul etmələrinin diabeti olmayanlara nisbətən daha aşağı qan yağlarına malik olduğu bildirirlər. Həmçinin diabet xəstələri gündəlik pəhrizlərinə fındıq əlavə etdikdə qan şəkərinin normada olduğunu da açıqlayıblar.
 
 
 
4. Qəbizliyin qarşısını alır
 
 
Fındığın tərkibindəki yüksək lif, bağırsaq sağlamlığı üçün olduqca faydalıdır. Yüksək lif bağırsaq hərəkətlərini aktiv hala gətirib, həzm sisteminin işini asanlaşdırarır.
 
 
 
5.Qocalmağı ləngidir
 
 
Fındıqda olan antioksidantlar, dəriyə zərər verən sərbəst radikallarla mübarizə apararaq, daha sağlam görünməsinə yardımçı olur. Eyni zamanda dəri xərçəngindən qoruyur. E vitamininin də dəstəyi ilə ölü hüceyrələri aradan qaldıraraq daha sağlam və daha gənc görünüşlü bir dəri təmin edir. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı