Komitə sədri şair Elman Tovuzla görüşüb

11:11 29-03-2021 | icon 572 | Mədəniyyət
Komitə sədri şair Elman Tovuzla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair Elman Tovuzla Mədəniyyət Komitəsində görüşüb.

 
 
 
Versus.Az xəbər verir ki, millət vəkili şairi 60 illik yubileyi münasibəti təbrik edib, ürək sözlərini bölüşüb:
 
 
"Hörmətli Elman müəllim,
Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurlar arzulayıram!
Çox şadam ki bu ilki yubileyinizi, tərənnümçüsü olduğunuz gözəl Qarabağımızın düşməndən azad olunmasının sevinci, qüruru ilə keçirirsiz.
 
Siz həmişə öz həyat eşqiniz, vətəncanlılığınız və ziyalılığınızla seçilmsiz.
 
Əsərləriniz oxucular tərəfindən həmişə maraqla qarşılanıb. Bir çox şeiriniz gənc aşıqlarımızın ifasında el şənliklərində, müxtəlif tədbirlərdə oxunur, tamaşaçıların, dinləyicilərin zövqünü oxşayır.
Siz çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən birisiz. 1998-ci ildə avtomobil qəzasına düşərək fiziki əmək qabiliyyətinizi itirsəz də, həyat eşqiniz, mübarizliyiniz sizi cəmiyyətdə məşhurlaşdırıb, gözəl şeirləriniz insanlara ümid, inam aşılayıb.
 
Siz ədəbi fəaliyyətə tələbəlik illərindən başlamısız; şeirləriniz respublika mətbuatında, müxtəlif dərgi və almanaxlarda dərc olunub. Bir neçə şeir kitabınız gün üzü görüb; Azərbaycan Yazıçıalr Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvüsüz.
 
Bugünlərdə yeni - "Sənin işığın" adlı şeirlər kitabınız gün üzü görəcək.
 
Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!
 
Yubileyiniz mübarək olsun"!
 
 
Q.Paşayeva E.Tovuza Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
 
 
E.Tovuz səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
 
 
Görüşdə RHİM İB sədri Arzu Bağırova da iştirak edib və yubilyara təbriklərini, ürək sözlərini çatdırıb.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol