Avstraliya parlamentində seks qalmaqalı

07:44 30-03-2021 | icon 226 | Dünya
Avstraliya parlamentində seks qalmaqalı

Avstraliyanın Baş prokuroru Kristian Porter və Müdafiə naziri Linda Reynolds iki zorlama qalmaqalı fonunda istefaya gedəcəklər.

 

Bu barədə SBS telekanalı ölkənin Baş naziri Skott Morrisonun kadr dəyişikliyi ilə bağlı açıqlamasına istinadən xəbər yayıb.

 

Baş prokuror ətrafında qalmaqal fevral ayının sonunda, 1989-cu ildə Avstraliya parlamentinin binasında orta məktəb şagirdləri üçün təhsil debatı zamanı baş verən təcavüz xəbərinin məlum olması ilə başlayıb.

 

O zaman 17 yaşında olan Porterin debata qatılan 16 yaşlı qıza təcavüz etdiyi bildirilib. O, ittihamları rədd edib.

 

Reynoldsın adı isə fevral ayında təcavüz hadisəsi ilə əlaqəli hallanıb.

 

Belə ki, onun ofisində Morrisonun rəhbərlik etdiyi “Liberallar Partiyası”nın üzvünün 2019-cu ilin martında bir qadın işçiyə təcavüz etdiyi məlum olub.

 

Nazir təcavüz barədə məlumat aldığını etiraf etsə də, hadisənin ictimaiyyətdən gizli qalması üçün nazirliyin qurbana hər hansı təzyiq göstərməsinə dair iddiaları rədd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı