Jirinovskidən Xəzər dənizi ilə bağlı TƏKLİF

08:04 30-03-2021 | icon 272 | Dünya
Jirinovskidən Xəzər dənizi ilə bağlı TƏKLİF

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Rusiya Dövlət Dumasında eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski saya oturmuş “Evergreen” gəmisinə görə bağlanan Süveyş kanalının etibarlı olmadığını deyərək, Fars körfəzindən Xəzər dənizinə qədər yeni bir kanalın çəkilməsi təklifini irəli sürüb.

 

Bu barədə o, “Twitter” hesabından bildirib.

 

“Süveyş kanalının növbəti dəfə bağlanması onun etibarsızlığını sübut edir. Buna görə İranla birlikdə Fars körfəzindən Xəzər dənizinə bir kanal çəkmək daha yaxşı olardı. Yük gəmiləri Həştərxanda qəbul edilsin, daha sonra mallar dəmir yolu ilə Avropaya daşınsın”, - deyə Jirinovski vurğulayıb.

 

Xatırladaq ki, Çindən Niderlanda yola düşən, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan “Evergreen” gəmisi keçən çərşənbə axşamı Süveyş kanalında ilişərək hərəkəti tam məhdudlaşdırıb. Bu gün nəhayət konteyner gəmisi hərəkətə gətirilib. Kanalda gediş-gəlişin üç gündən sonra tam bərpa olunacağı bildirilir.

 

İlkin məlumata görə, konteyner gəmisi güclü külək səbəbi ilə istiqamətini dəyişib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı