«Monako»nun uğursuzluq seriyası
Fransa Çempionatının 11-ci turunda “Monako” öz meydanında “Dijon”u qəbul edirdi.
Versus.Az xəbər verir ki, matçda hesab 2:2 olub.
Bununla da, “Monako” ardıcıl olaraq qalibiyyətsiz matçların sayını 13-ə çatdırdı. 11 avqustda “Nant”ı 3:1 hesabı ilə məğlub edərək “Monako” mövsümdə yeganə qələbəsini qazanıb.
Qeyd edək ki, növbəti görüşdə, moneqasklar “Reyms”lə mübarizə aparacaqlar.
Xəbər lenti
Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB
"Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq"