Millimiz mundialın seçmə mərhələsində ikinci oyununa çıxacaq

10:15 30-03-2021 | icon 356 | İdman
Millimiz mundialın seçmə mərhələsində ikinci oyununa çıxacaq

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci ildə Qətərdə keçiriləcək mundialın seçmə mərhələsində ikinci oyununa çıxacaq.

 

Versus.Az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi millimiz A qrupunda lider Serbiya yığmasını qəbul edəcək. Bu, millimizin cari tsikldə ilk ev matçı olacaq.

 

İndiyədək Azərbaycan və Serbiya yığmaları beş dəfə qarşılaşıb. Bunlardan dördü rəsmi, biri isə yoldaşlıq oyununa təsadüf edib. Oyunlardan birində Azərbaycan, üçündə Serbiya qalib gəlibsə, daha bir oyunda heç-heçə qeydə alınıb. Qələbə və heç-heçə Serbiyanın Monteneqro ilə birgə olduğu Serbiya-Çernoqoriya dövrünə təsadüf edib. Baş tutan qarşılaşmalarda topların nisbəti serblərin xeyrinədir – 14:6.

 

Yığmanın heyətində müdafiəçi Bəhlul Mustafazadə zədəlidir. “Sabah”ın futbolçusunun oynayıb-oynamayacağı sual altındadır. Serblər isə Bakıya üç itki ilə gəlib. “Verder”in müdafiəçisi Miloş Velkoviç və “Rubin”in hücumçusu Corce Despotoviç zədə, “Fiorentina”nın arxa xətt oyunçusu Nikola Milenkoviç isə cəza səbəbindən meydana çıxa bilməyəcək.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş pandemiya səbəbindən azarkeşsiz baş tutacaq.

 

DÇ-2022-nin seçmə mərhələsi

III tur

A qrupu

20:00 Azərbaycan - Serbiya

Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Saci Metzamber, David Fuksman (hamısı İsrail)

Bakı Olimpiya Stadionu

 

Turnir cədvəli 

1. Serbiya – 4

2. Portuqaliya – 4

3. Lüksemburq – 3

4. Azərbaycan – 0

5. İrlandiya – 0

 

Qeyd edək ki, bu qrupun digər matçında Lüksemburq Portuqaliyanı qəbul edəcək. DÇ-2022-nin meydan sahibi Qətər millisi isə Macarıstanın Debretsen şəhərində qrupun autsayderi İrlandiya ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı