"Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ problem"

12:10 28-10-2018 | icon 627 | Qarabağ
"Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ problem"

 

Türkiyənin Kırıkkale vilayətində "Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ problemi" adlı konfrans keçirilib.

 

Versus.Az-ın məlumatına görə, konfransda millət vəkili Qənirə Paşayeva, Kırıkkale bələdiyyə başqanı, valisi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova, Türk Ocakları başkanı, Kirikkale Qazeteçiler Cemiyyeti başkanı,Kırıkkale bölgəsinin ziyalıları, KİV və QHT rəhbərləri, gənclər, yüzlərlə Kırıkkalelı iştirak edib.

 

Konfransda çıxış edən Kırıkkale valisi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, "hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir" deyib və Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini vurğulayıb.

 

Konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva müsəlman şərqində qurulan ilk cümhuriyyət olan və bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib və AXC-ni quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı dedi.

 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Kırıkkaledan da olan dədələrimizdən danışan Q.Paşayeva "onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər" deyib. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türkləri.

 

Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir", Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür" düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara da xüsusi toxunub və "dosta da, düşmənə də çox önəmli mesajlar" oldu deyib. O, 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu bildirib.

 

Millət vəkili bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi:

 

"Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq".

 

Millət vəkili çıxışında Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə də çağırıb və "bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq" deyib:

 

"Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq".

 

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva "güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik" deyib.

 

Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:

 

"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq".

 

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:

 

"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun".

 

Konfransın sonunda Kırıkkalerəsmləri, Qazeteçiler Cemiyyeti başkanı, Türk Ocakları başkanı  və müxtəlif təşkilatların rəhbərləri millət vəkili Q.Paşayevaya belə bir konfrans üçün təşəkkürünü bildirib, onu yenidən Kırıkkaledə konfrans vermək üçün dəvət ediblər və Azərbaycan-Türkiyə əlaqələri, Türk Dünyası ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini deyərək ona plaket təqdim ediblər.

 

Millət vəkili Q.Paşayevaya və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırovaya Kırıkkalela bağlı xatirə hədiyyələri də təqdim edilib. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində gənclərin suallarını cavablandırıb, KİV-lərə geniş müsahibə verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...