Həkimdən xəbərdarlıq

09:58 01-04-2021 | icon 462 | Sağlamlıq
Həkimdən xəbərdarlıq

“Son iki həftə ərzində yoluxanlar xəstəliyi daha ağır keçirir”.

 

Bunu “ARB 24”ün "Gündəm” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

 

O bildirib ki, son vaxtlar virusa yoluxan şəxslərdə xəstəliyin əlamətləri daha tez özünü büruzə verir:

 

“Digər həmkarlarımın və öz müşahidələrimə əsasən deyə bilərəm ki, hətta cavan insanlarda da xəstəliyin ikinci günündə ağırlaşma baş verib, temperatur yüksəlib, saturasiya düşüb. Həmçinin əvvəlki aylarda yoluxma tempi zəif idisə, indi bu, daha sürətli baş verir. Ola bilsin ki, xəstəliyin ağır keçirilməsinin səbəbi virusun mutasiyaya uğramasıdır.

 

Bundan başqa əvvəllər xəstələr müalicəyə qismən də olsa, tabe olurdusa, son günlər bu müşahidə edilmir. Yüksək temperaturu olan xəstələrə hərarətsalıcı preparatlar təsir etmir. Dərmanların bir müddət köməyi olsa da, qısa zaman sonra xəstələrdə yenidən temperaturun qalxmasını və ağırlaşmalar müşahidə olunur”. 

 

İnfeksionist onu da qeyd edib ki, gündəlik yoluxma sayı artdıqca ölüm halları da artacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı