Qanvermə aksiyası keçiriləcək

21:42 01-04-2021 | icon 921 | Gündəm
Qanvermə aksiyası keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə növbəti qanvermə aksiyası keçirəcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

 

Bildirilib ki, hər il dünyada və Azərbaycanda minlərlə uşaq bu diaqnozla anadan olur. Anadangəlmə qanın laxtalanma prosesinin pozğunluğu olmaqla, bu xəstəlik yalnız ondan əziyyət çəkən şəxslərin deyil, ümumilikdə dövlətin və cəmiyyətin sosial – iqtisadi problemidir.

 

Bu kimi halların qarşısını almaq və müalicəsinin səmərəliliyini artırmaq məqsədilə ölkəmizdə mövcud qanunvericilik təkmilləşdirilir, irsi qan xəstəlikləri üzrə dövlət proqramları qəbul edilir, dərman preparatları ilə ödənişsiz təminat həyata keçirilir.

 

Müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri, könüllülər, bir sözlə hər bir vətəndaşımızda bu işə öz töhfəsini verməklə ömürlük bu problemlə mübarizə aparmağa məhkum olmuş soydaşlarımıza və onların ailələrinə dəstək işində yaxından iştirak etməlidir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi 12-13 aprel 2021-ci il tarixdə Mərkəzi Qan Bankında (Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 65) keçiriləcək növbəti – “Qan verək, həyat bəxş edək” – aksiyasında iştiraka dəvət edir.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı