Bu gün Türkiyənin CÜMHURİYYƏT GÜNÜDÜR

09:20 29-10-2018 | icon 521 | Dünya
Bu gün Türkiyənin CÜMHURİYYƏT GÜNÜDÜR



Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi.

 

Müasir Türkiyə-Atatürk (1881, Selanik – 10 noyabr 1938) öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir. Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hokuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı:

 

"Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımzı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Cağdaş bir cumhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir".

 

O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal onu limanda ümidsizliklə qarşılayan insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi:

“Gəldikləri kimi də gedəcəklər...".

 

Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, “Meclis Başkanı” seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi:

 

“Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm”.

 

Dünya gücləri ölüm-dirim savaşına qalxan Türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, gördü, rəsmən qəbul elədi. 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya, Yaponya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSCB və Yuqoslaviya təmsilçiləri “Lozan Barış Antlaşması” imzalandı, Türk millətinə təhqir olan “Sevr Antlaşması” qüvvədən düşdü.

 


Mustafa Kamal Atatürk Osmanlı Ordusunda zabit olmuş, Balkanlardan Afrikaya qədər ən ağır savaşların önündə getmiş, 23 avqust-13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsindəki şəxsi şücaəti, komandanlıq məharətindən sonra Qazi adı almış və marşallığa yüksəlmişdi. Cümhuriyyət Xalq Partiyasını qurmuş və ilk Başkanı olmuşdur. 1938-ci ildə vəfatına qədər 4 dəfə ardıcıl Cümhurbaşkanı olmuşdu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”