Mütəmadi olaraq selfi çəkdi və 63 kiloqrama qədər arıqladı

09:32 02-04-2021 | icon 296 | Maraqlı
Mütəmadi olaraq selfi çəkdi və 63 kiloqrama qədər arıqladı

Britaniyalı Şina Vader selfinin köməyi ilə bir il üç ayda 38 kiloqram arıqlayıb.

 

Bu barədə Daily Mail xəbər verir.

 

London sakini olan 38 yaşlı qadın çox sadə bir ritualla çəki itirdiyini iddia edir: O, hər bazar ertəsi bədəninin şəklini çəkdi. Beləliklə, qadın arıqlama nəticələrini izlədi və dayanmamaq üçün motivasiya qaldı.

 

“Çəkimin dəyişmədiyi və hətta artdığı həftələr oldu, amma şəkillər çəkidə kiçik bir artımın görünüşümə təsir etmədiyini görməyə kömək edirdi. Arıqlama prosesinin lazımi sürətlə getdiyini izləyə bilirdim”, - deyə qadın vurğulayıb.

 

Qadın ilk olaraq həddindən artıq yemək və doyunca yemək vərdişindən qurtuldu. Koronavirus səbəbiylə ölkədə tətbiq olunan karantin dövründə pəhrizini dəyişdirdi və tək başına sağlam yemək bişirməyə başladı. O, vaxtaşırı idmanla məşğul olur, mütəmadi olaraq selfi çəkdi və nəticədə 63 kiloqrama qədər arıqladı.

 

“38 kiloqram arıqladım və istədiyim çəkini qazandım. Mən fotoların məqsədimə çatmağımda kömək etdiyinə yüz faiz əminəm, buna görə də selfi çəkməyə davam edəcəyəm. Bu oyunun gedişatını dəyişdirir”, - deyə qadın bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin