Şuşa ətrafında tapılan “İskəndər” raketi tam olaraq partlayıb

10:09 02-04-2021 | icon 437 | Müharibə
Şuşa ətrafında tapılan “İskəndər” raketi tam olaraq partlayıb

“İskəndər” raketləri Şuşa istiqamətində iki ərazidə aşkar edilib.

 

Versus.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin operativ qərargahın rəisi İdris İsmayılov deyib.

 

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşa ərazisində martın 15-də aşkar olunub:

 

“Raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı onun “9M723” raketi aid olunduğu müəyyən olunub, hansı ki, bu kod “İskəndər”ə məxsusdur. 

 

Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir. Bildiyiniz kimi bu raketin bir neçə növü vardır. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

 

“Raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır. Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”, - deyə İdris İsmayılov qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi