Qənirə Paşayeva görkəmli alim Nüşabə Araslı ilə görüşüb
Millət vəkili AMEA-nın müxbir üzvünü 80 illik yubileyi münasibəti ilə təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə xanım Araslı ilə Mədəniyyət Komitəsində görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Nüşabə xanımı 80 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Nüşabə xanım, Sizi – görkəmli filoloq alim, ictimai və elm xadimini 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik! Siz alim, müəllim, elm və ictimai xadim olaraq, gənc nəslin elmə həvəsləndirilməsi, elmi uğurlar əldə etməsi, onların yolunda yaşıl işıq yandırılması sahəsində özünəməxsus xidmətləri olan görkəmli aydınımızsız. Siz Azərbaycan ədəbiyyatı üzrə bir sıra tədqiqatlarınızla məşhursuz. “Arif Ərdəbili və onun “Fərhadnamə” poeması”, “Nizami və türk ədəbiyyatı”, “Nizaminin poetikası” kimi 3 monoqrafiyanın, beşi tərtib, onsəkkizi dərslik olmaqla 23 kitabın, ölkəmizdə və xaricdə çıxmış 150-dən çox məqalənin müəllifisiz. Siz Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmusuz. Sizi 80 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk”!
Q.Paşayeva N.Araslıya Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Görüşdə Nizamişünas alimlə 2021-ci ilin cənab Prezidentin sərəncamı ilə “Nizami İli” elan olunmasından irəli gələn vəzifələr mövzusunda da fikir mübadiləsi aparılıb. N.Araslı səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib. Görüşdə "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nizamişünaslıq şöbəsinin əməkdaşı da iştirak edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"