Aqil Abbas qazilərin problemlərindən danışıb

14:01 02-04-2021 | icon 674 | Cəmiyyət
Aqil Abbas qazilərin problemlərindən danışıb

“Müdafiə naziri, gedin və özünüz orada müalicə alın!”

 

Milli Məclisin iclasında deputat Aqil Abbas qazilərin problemlərindən danışıb.

 

Versus.Az xəbər verir ki, A.Abbas deyib ki, hərbi hospitalın (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) işi ürəkaçan deyil.

 

“Bir resept yazırlar və deyirlər ki, get, dərmanı özün al. Hansı pulla alsın?! Bu insanlara əlillik dərəcəsi belə verilməyib. Məsələn, Daxili İşlər Nazirliyinin hospitalında nəinki polislər, onların ata anası da oradan istifadə edə bilirlər. Ancaq bizim hərbi hospital deyir ki, get özün müalicə al”, - deyə A.Abbas etiraz edib.

 

O, Müdafiə Nazirliyinin hospitalının niyə bu işlə ciddi məşğul olmadığını sual edib:

 

“İnsanlar rayondan gəlir. YAŞAT Fondu sağ olsun hər şey edir. Niyə hərbi hospital bunları etmir? Xahiş edirəm, müdafiə naziri, arada bir özünüz hospitala gedin və orada müalicə olunun!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...