Komitə sədrindən bəstəkara yubiley TƏBRİKİ

13:32 03-04-2021 | icon 532 | Mədəniyyət
Komitə sədrindən bəstəkara yubiley TƏBRİKİ

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Dos.dr. Vaqif Gərəyzadə ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili bəstəkarı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Hörmətli Vaqif müəllim, Sizi – tanınmış incəsənət xadimi, bəstəkar, fəlsəfə elmləri üzrə fəlsəfə doktorunu - 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik! Siz alim, müəllim və incəsənət xadim olaraq, gənc nəslin sənətə həvəsləndirilməsi, uğurlar əldə etməsi, onların yolunda yaşıl işıq yandırılması sahəsində özünəməxsus xidmətləri olan tanınmış aydınımızsız. Siz müxtəlif janrlarda (o cümlədən caz, pop musiqisində) 100-ə yaxın mahnının müəllifisiz. Siz bir sıra beynəlxalq festival və müsabiqələrin qalibi, “Aypara”, “W-trio”, “Şeron”, “Şərq ulduzları” musiqi qruplarının yaradıcısısız. Sizi 60 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!"

 

Q.Paşayeva V.Gərəyzadəyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Tanınmış bəstəkarla görüşdə, mədəniyyət ili olaraq xarakterizə olunan 2021-ci il içində həyata keçirilməsi nəzərdə tutulan mədəniyyət layihələri ilə bağlı da fikir mübadiləsi aparılıb. V.Gərəyzadə səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib. Görüşdə "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva və tanınmış rejissor Rövşən İsax iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI