Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

20:35 04-04-2021 | icon 1099 | Cəmiyyət
Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

Tural İrfan: “Xalq sənin dediklərini düşünmə iqtidarında deyilmi ki, absurd tələb irəli sürürsən?”

 

"Əvvəla uşaqpulunun verilməsini tələb edən siyasi simaları “debil” və sair kimi ifadələrlə təhqir etməklə, cümlədə mübtəda ilə xəbərin yerini tez-tez dəyişik salmaqla çaşdığınızı, psixoloji təlatümdə olduğunuzu nümayiş etdirirsiniz. Anlayıram! Pandemiya vəziyyəti səhhətinizə, əsasən də baş nahiyyənizə mənfi təsir göstəribsə, psixiatra və ya psixoloqa müraciət edin".

 

Versus.Az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri İlqar Məmmədovun uşaqpulu məsələsini gündəmdə saxlayan şəxslərin barəsində qeyri-etik ifadələr işlətməsi ilə bağlı açıqlamasında MCP-nin sədr müavini Tural İrfan deyib.

 

Tural İrfan İlqar Məmmədovun uşaqpulunun verilməsi ilə bağlı tələb irəli sürənlərin bu məsələnin dövlət büdcəsinə nə qədər ziyan vuracağını və sair məsələləri hesablamadıqları iddisına cavab olaraq, bunun yalan olduğunu qeyd edib:

 

"Çünki uşaqpulunu ən çox dilə gətirən siyasi liderlərdən birincisi Razi Nurullayevdir. Özü də bu, bir neçə ildir dilə gətirilir. Bu mövzu dilə gətirilməmişdən əvvəl dövrün iqtisadi, sosial vəziyyəti nəzərə alınıb, müzakirə olunub, hətta daha obyektiv olması üçün iqtisadçılarla, sosioloqlarla habelə başqa mütəxəssislərlə yüz ölçülüb bir biçilib. Cəmiyyətin sosial sifarişi nəzərə alınıb. İndi qəfildən özündən müştəbeh bir və ya bir neçə nəfərin böyük bir kəşf etmişcəsinə ortaya çıxıb bu məsələnin guya büdcəyə ziyan vuracağını deməsi gülüncdür.

Digər tərəfdən, uşaqpulunun birinci uşağa, ikinci uşağa, yaxud səkkizinci uşağa verilib-verilməməsi artıq ikinci məsələdir. Heç kəs deməyib ki, hər uşağa filan qədər verilsin. Əlbəttə pulun neçənci uşağa və hansı məbləğdə verilməsi də mövcud büdcə, maliyyə çıxarlarına uyğun olmalıdır. Lakin sanki illərdir cavabı tapılmayan qəliz bir riyazi tənliyin həllinə nail olmuşcasına, sevincək, tələsik, digərlərini yanlış təklif verməkdə ittiham etmək cılız düşüncənin təcəssümüdür".

 

T.İrfanın fikrincə, lap büdcəyə ziyan vura bilmə ehtimalını belə nəzərə alsaq, digər lazımsız xərcləri azaltmaqla bunu tənzimləmək olar:

 

"Tutaq ki, hər uşağa 100 manat yox, 60 manat verilə bilər. Yaxud birinci uşağa görə 100, ikinci uşağa görə 60 manat verilə bilər. Və uşaqpulu verilərsə, sosial yardıma ehtiyac demək olar ki, olmayacaq. Sosial yardımın uzun illərdir fəsadlarını hamımız görürük”.

 

MCP sədr müavini əlavə edib:

“Uşaqpulu məsələsinin həllinin tələb və təklif olunmasını dilə gətirən simaların digərlərinin ilham mənbəyini deyə bilmərəm, ancaq millət vəkili Razi Nurullayevin təklifinin arxasında məhz xalqın sosial sifarişi dayanır. Hətta Razi bəy 2018-ci ildə prezidentliyə namizəd olarkən bu məsələ geniş şəkildə gündəmə gətirilib, ölkəmizin demək olar ki, bütün bölgələrində görüşlər zamanı insanların namizəddən tələbləri sırasında səsləndirilib.

İndi bəziləri qollarını çırmayıb xalqın əleyhinə getməklə axarın əksinə üzməyə can atırlar. Təəccüblüdür”.

 

T.İrfan onu da vurğulayıb ki, söhbət hansı məbləğin neçənci uşağa verilməsindən getmir. Söhbət sadəcə o pulun verilməsindən gedir:

 

“Ölkəmizin inkişafı, iqtisadiyyatın irəliləməsi, insan faktorunun, nəsil artımının vacibliyi, hərbi xidmət və sair məqamlar nəzərə alınaraq dövlətimizin sütunlarının daha da bərkidilməsi naminə uşaqpulu verilməlidir. Bu, xalqın tələbidir. Məgər xalq İlqar Məmmədovun dediklərini düşünmə iqtidarında deyilmi ki, absurd tələb irəli sürür?

Allah da, xalqımız da şahiddir ki, qələbə əldə etdiyimiz son savaşımızda şəhid və qazi olanlar uşaqpulu görməyən gənclərimiz idi. İndi uşaqpuluna qarşı çıxanlar o qazilərin üzünə, onların balalarının üzünə necə baxırlar? O şəhidlərin məzardakı niskilli rəsmlərinə necə tamaşa edirlər? Nə qədər qəddar, rəhmsiz olasan ki, körpələrin yaxşı qidalanması, üzügülər olması, ürəyi istəyən oyuncağa sahib olması, qəlbisınıq, gözüqıpıq olmaması üçün tələb olunan uşaqpuluna qarşı çıxasan”

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...