"İlqar Məmmədov siyasətlə məşğul olmaq istəyirsə..." - TÖVSİYYƏ

09:27 05-04-2021 | icon 393 | Cəmiyyət
"İlqar Məmmədov siyasətlə məşğul olmaq istəyirsə..." - TÖVSİYYƏ

Qubad İbadoğlu: "Uşaqpulu mövzusunda mövqe qoyanların hamısından üzr istəyin"

 

Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədovun “uşaqpulu” mövzusu ilə şərhi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Onun bu mövzu ilə bağlı müzakirə aparanları “debil”, yaramaz adlandırması etirazlara səbəb olub.

 

Versus.Az xatırladır ki, "“Uşaqpulu” mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik. Onlardan heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcyini konkret rəqəmlə ifadə etməyib” deyən İ.Məmmədov partiyasının mövqeyini də açıqlayıb.

 


O bildirib ki, birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir:


"Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır. İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Üçüncü və sonrakı uşaqlar yenə də valideynlərin öz məsuliyyətli seçimi və planı olmalıdır".

 

İ.Məmmədov deyib ki, son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub:

“ReAl-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək...

...İllərdir boş-boşuna "uşaqpulu" bağıraraq xalqı çaşdırıb-alçaldan yaramaz siyasi liderlərdən ikicə rəqəm istəyirəm: 2022-ci ilin büdcəsi üçün bizimkindən fərqli ikicə rəqəmi səsləndirin, vəssalam. Çox şey istəmirəm. İllərdir bunu etmədiniz, biz etdik. Əksini qoyun ortaya, konkret şəkildə, görək nəyin davasını edirsiniz!”.

 


Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu İlqar Məmmədova cavab verib:

“Siz, İlqar Məmmədov, liberal, mühafizəkar, sosial-demokrat, utilitarianist, libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökümətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaqpulu verilməsinin tərəfdarı olanları yaramaz, “debil” adlandırasınız.

Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz (il 10 aydan deyil 12 aydan ibarətdir, ayda 1 milyon uşağa 100 manat ödəniləndə ildə 1 milyard deyil, 1,2 milyard tələb olunur), belə olanda uşaqpulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən maliyyə mənbələrini necə başa düşəcəksiniz?”.

 

Q.İbadoğlu İlqar Məmmədova tövsiyə edib ki, siyasətlə məşğul olmaq istəyirsə, ifadələrini fikir verməlidir:



“Leksionunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikrə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olan mühiti daha da korlamayın, çalışın ki, çirkabı təmizləyəsiniz.

Odur ki, siz, İlqar Məmmədov yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz yaramaz və “debil” ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaqpulu mövzusunda harda istərsinizsə debat aparmağa hazıram. Amma, öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!”. 

 

Qeyd edək ki, sosial şəbəkələrdə açılan müzakirələr zamanı hər iki partiyanın tərəfdarları bir-birlərinin ünvanına təhqirlər yağıdırıblar.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...