Çempionumuz qitə birinciliyində mübarizəyə başlayır

12:38 05-04-2021 | icon 506 | İdman
Çempionumuz qitə birinciliyində mübarizəyə başlayır

Rusiyanın paytaxtı Moskvada aprelin 3-dən başlayan ağırlıqqaldırma üzrə Avropa çempionatına bu gün azərbaycan idmançıları da qatılacaq.

 

Versus.Az xəbər verir ki, Bolqarıstan əsilli idmançımız Boyanka Kostova (-59 kq) yarışda mübarizəyə qoşulur.

 

O, bu gün A qrupunda saat 17:53-dən etibarən yarışa başlayacaq. Dünya və üçqat Avropa çempionumuzun rəqibləri İne Anderson (Norveç), Dora Tşakunte (Fransa), Aleksandra Kozlova, Olqa Te (hər ikisi Rusiya), Zoe Smit (Böyük Britaniya), Konstantina Benteli (Yunanıstan), Saara Retulaynen (Finlandiya) və Mariya Qanqur (Ukrayna) olacaq. 27 yaşlı Boyanka Kostova bu qrupda ən təcrübəli idmançı sayılır.

 

Qeyd edək ki, Olimpiadaya lisenziya xalları verən bu yarışda aprelin 10-da daha iki idmançımız mübarizə aparacaq. Bunlar Əliş Nəzərov və Dadaş Dadaşbəylidir (hər ikisi -102 kq). Yarışa aprelin 11-də yekun vurulacaq.

 

Onu da bildirək ki, bu, koronavirus pandemiyası başlayandan bəri Azərbaycan atletlərinin iştirak etdiyi ilk yarışdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF