İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

17:00 05-04-2021 | icon 471 | Cəmiyyət
İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

Bu mülahizələrin gələcək araşdırmalara kömək edəcəyinə ümid edirik

AZƏR CƏFƏROV
/BDU-nin dosenti,
Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru/

 

 

Bəşəriyyətin artıq XIX əsrdə Atom Erasına qədəm qoyması Bəhaullahın 1892-ci ildə yazdığı lövhdə aydın görünürdü.

 

O, bu hadisəni bu cür təsvir edib:

Qəribə və ecazkar maddələr yerdə gizlənir... Bu maddələr yerin atmosferini dəyişdirə bilər və onunla çirklənmə ölüm gətirə bilər.

 

"Qəribə və ecazkar maddələr" atom enerjisinin mənbəyi olan elementlərin dəqiq təsviridir. Əbdül-Bəha 1911-ci ildə Yaponiyanın İspaniyadakı səfiri Aravakaya ünvanladığı məktubunda yazır:

 

“İnsanın kəşf etmədiyi təəccüblü bir güc var...Sevimli Allaha dua edək ki, bu güc elm tərəfindən aşkarlanmasın... insanların əlində bu qüvvə bütün dünyanı məhv edəcək.”

 

Onun bu kədərli sözləri səfirin ölkəsi üçün xəbərdarlıq idi: Yaponiyanın Xirosima və Naqasaki şəhərləri 34 il sonra atom bombalarının zərbəsi ilə göyə sovruldu.

 

Nüvə enerjisinin kəşfi ucuz metalları qızıla çevirməyin mümkünlüyü məsələsini gündəmə gətirdi. Bəhaullahın dövründə (XIX əsrin sonları) alimlər bu məsələni çoxdan bağlamışdılar. Onların nəzərincə, kimyəvi elementlər atom adlanan “kərpiclərdən” ibarətdir. Elementlərin sabitliyini atomlarının bir-birindən fərqli olması ilə izah edirdilər. Molekullar tərkib hissələrə, məsələn, su molekulu hidrogen və oksigenə ayrıla bilər, lakin oksigen və hidrogen “sarsılmaz” element kimi daha sadə maddələrə parçalana bilməz. Beləliklə, Bəhaullahın həyatı zamanı və onun ölümündən xeyli sonra hesab olunurdu ki, atomlar, materiyanın ən kiçik hissəcikləri olub, bölünməzdir və bu nəzəriyyəyə görə heç bir element başqasına çevrilə bilməz.

 

Bəhaullah bu “elmi ehkama” qarşı çıxdı. Yazılarında O, əl-kimyaçıların çoxdankı arzusunu - misin qızıla çevrilməsinin mümkünlüyünü xatırlatdı: baxmayaraq ki, mis də, qızıl da “sarsılmaz” elementlər idi. Bu açıqlama Onun tənqidçiləri tərəfindən “cahilliyinin dəlili” kimi qələmə verildi. Bəhaullah bu hücumlara təmkinlə cavab verdi:

 

..... "Mümkündürmü" deyə onlar soruşur, "misin nə vaxtsa qızıla çevrilməsi?" Bəli, Rəbbimə and olsun ki, bu mümkündür... İstənilən element istənilən digər elementin sıxlığını, görünüşünü və vəziyyətini əldə edə bilər.

 

Başqa bir yerdə Bəhaullah gələcəkdə elementlərin transmutasiyasının mümkünlüyündən və bu nailiyyətin Bəşəriyyətin yetkinlik mərhələsinə çatmasının əlamətlərindən biri olacağını yazmışdır. O, bu kəşfdən sonra Bəşəriyyətin birləşməyəcəyi təqdirdə, dünyanın böyük bir fəlakətlə üzləşəcəyini söyləmişdir.

 

Transmutasiyanın gerçəkləşməsinin bəşəriyyətə verəcəyi faydanı bu gün qiymətləndirmək mümkün deyil. Bir elementin başqa elementə çevrilməsi hədsiz sərvətə və maddi nemətlərin (qida, dərman, sənaye xammalı) qeyri-məhdud həcmdə istehsalına gətirib çıxaracaq. Bu bəşəriyyətin tarixində Qızıl Əsrin gəlişi olmalıdır.

 

Nəhayət ki, XX əsrdə elementlərin transmutasiyası əldə edildi. Ancaq burada bir tələ var idi: bir elementin digərinə çevrilməsi nüvə enerjisinin sərbəst buraxılması ilə əlaqədar idi. Bu iki fenomen - elementlərin transmutasiyası və nüvə enerjisi - vahid bir prosesin tərəfləri kimi çıxış edirdi.

 

Məlum oldu ki, atomun enerjisi nüvəsində cəmləşib. Bu enerji ya atomun bölünməsi, ya da birləşmə yolu ilə azad olur. Bölünmə və ya birləşmə yolu ilə enerjinin sərbəst buraxılması nəticəsində fərqli ölçülü və çəkili yeni atomlar meydana çıxır, yəni elementlər bir-birinə çevrilir. Məsələn, hidrogenin heliuma çevrilməsi Günəşi və digər ulduzları enerji ilə təmin edir; nüvə reaktorunda uran atomlarının parçalanmasından yüngül elementlər yaranır və parçalanmamış uran atomları neytronları udaraq plutoniuma çevrilir və s.

 

Elementlərin transmutasiyası yerin altında öz-özünə radioaktiv parçalanma zamanı da baş verir. Bunun nəticəsində uran, torium və bir sıra digər elementlər tədricən daha yüngül qurğuşuna çevrilir.

 

Reaktorlarda müxtəlif elementləri almaq mümkün olsa də, əksər transmutasiya reaksiyaları çox mürəkkəb və bahalıdır. Üstəlik əldə edilmiş yeni kimyəvi elementlər radioaktivdir. Misin qızıla çevrilməsi bu kateqoriyaya aiddir.

 

Hər halda müasir nüvə fizikası, Bəhaullahın bu cür reaksiyaların olacağı barədə danışarkən haqlı olduğunu sübut etdi. Bu gün ulduzların içərisində buna bənzər və ya daha mürəkkəb transmutasiya reaksiyalarının getməsi sübut edilmişdir.

 

Elementlərin ümumi sayı yüzdən çoxdur və onların atomları ölçü və kütlə baxımından fərqləndiyindən, belə bir müxtəlifliyin necə yaranması sual doğurur. Əgər biz, 1911-ci ilə kimi atomların dəyişə bilməyəcəyini güman edirdiksə, onda bizim yalnız iki seçimimiz qalırdı: birincisi, bu müxtəliflik həmişə mövcud olub; ikincisi, kimyəvi elementlər uzaq keçmişdə İlahi yaradılış sayəsində eyni anda meydana gəlib.

 

Əbdül-Bəha "Bəzi suallara cavablar" kitabında üçüncü, alternativ yol təklif etdi: müxtəlif elementlər öz başlanğıcını tək bir materiya formasından götürüb və bir sıra ara mərhələləri keçdikdən sonra indiki vəziyyətinə çatıb:

“... başlanğıcda materiya vahid idi və vahid materiya hər bir elementdə fərqli şəkildə təzahür etdi. Beləliklə, formaların müxtəlifliyi və materiyanın müxtəlif təzahür növləri yaradıldı, bir dəfə meydana gələrək sabit qaldı, beləliklə hər bir element öz fərdiliyini əldə etdi.. Ancaq bu sabitlik son deyildi və yalnız çox uzun bir müddətdən sonra tam və mükəmməl şəkildə həyata keçirildi..”

 

Əbdül-Bəhanın bu postulatının təsdiqlənməsi - müasir elm tarixinin ən təəccüblü səhifələrindən biridir. Bu həqiqət ilk dəfə 1929-cu ildə açıldı. Astronom Edvin Habl bütün qalaktikaların bizdən uzaqlaşdığını gördü. Bu, elm adamlarını bir zamanlar sonsuz kiçik həcmdə sıxılmış, hazırda genişlənən bir kainatda yaşadığımız qənaətinə gətirdi. Bu fakt kainatın 15-18 milyard il əvvəl bir nöqtədən yarandığını sübut edirdi. Bu proses "Böyük Partlayış" adlandırıldı.

 

"Böyük Partlayış"in təfərrüatları hələ tam aydın deyil. E.Trion tərəfindən irəli sürülən "vakum dalğalanmaları" nəzəriyyəsi Böyük Partlayışların saysız-hesabsız baş verdiyini və çoxsaylı Kainatların törətdiyini göstərir. A.Qusa görə bizim Böyük Partlayışa başqa kainatdakı hadisələr təkan verib və bizim kainatımız da öz növbəsində ola bilsin ki, başqa kainatların yaranmasına səbəb olub.

 

Bəzi elm adamları "çırpınan kainat"dan danışır. Hər genişlənmədən sonra daha bir "Böyük Partlayış" baş verir. S.Hokinqin "sonlu, lakin məhdudiyyətsiz" Kainat nəzəriyyəsində, "Böyük Partlayış"ı "məkanda sərhədləri, zamanda başlanğıcı və sonu olmayan"Kainatın bir hissəsi kimi göstərib.

 

Böyük Partlayış modeli, kimyəvi elementlərin həmişə indiki formada mövcud olma ehtimalını istisna edir. Bu elementlər partlayışdan dərhal sonra görünə bilməzdi. Alovlu şar çox tez genişləndiyi və soyuduğu üçün ağır elementləri yaratmaq üçün lazım olan şəraitə malik deyildi.

 

XX əsrdə alimlər bir sual ilə qarşılaşdılar: ağır elementlər harada və necə yaranır? Nəhayət, ulduzların spektroskopik analizindən sonra onlar uyğun bir nəzəriyyə ortaya qoydular. Bunu qısa şəkildə belə təsvir etmək olar.

 

Əvvəla, “Böyük Partlayşın” İlk anlarında Kainat həddən çox isti və sıx təmiz enerjidən ibarət idi; istilik milyardlarla dərəcəyə çatırdı. Bu protomaddə genişlənib soyuduqca ən sadə element olan hidrogen atomları yarandı. Temperatur aşağı düşdükcə, nüvə reaksiyalarını davam etdirməkdən ötrü hidrogenin təxminən beşdə biri heliuma və az miqdarda litium və beriliuma çevrildi. Hər şey bir neçə dəqiqə ərzində baş verdi.

 

Növbəti bir neçə milyard il ciddi hadisələr olmadan keçdi: hidrogen-helium buludları qaranlığın içərisində üzürdü. Kainat bu gün də o ilkin qazın qalıqları ilə doludur. Daha sıx buludlar öz çəkilərinin ağırlığı altında çıxlaşır, kifayət qədər daxili təzyiq qazanırdı. Nəticədə yanan ulduzlar meydana çıxdı.

 

Gənc ulduzlar enerjisini hidrogen nüvələrini birləşdirib helium yaratmaqla alırdı (bizim Günəşdə olduğu kimi). Ancaq ulduzlar qocalıb sıxlaşdıqca daha mürəkkəb reaksiyaların isti “sobasına” çevrilirdi. Bu reaksiyalar tədricən bütün yüngül elementləri - karbon, oksigen və s. yaradırdı. Onlar da ağırlığından asılı olaraq ulduzun nüvəsi ətrafında müxtəlif təbəqələr əmələ gətirirdilər.

 

Prosesin bu mərhələsi bir neçə milyard il davam edir. Bu mərhələdə ulduzda əmələ gələn ən ağır element dəmirdir. Ulduz hidrogen “yanacağını” yandırıb, sonda nəhəng qırmızı ulduza çevrilir. Bu nüvənin çökməsinə gətirib çıxarır və nəticədə fövqəladə yüksək temperatur, təzyiq və sərbəst neytronlar yaradan supernova (supernova - ulduzun parlaqlığının 4-8 dəfə artırması və ardınca da nisbətən yavaş bir şəkildə söndüyü bir fenomen) partlayışında ulduz məhv olur.

 

Bu axına qoşulan atomların nüvələri sərbəst neytronları sürətlə mənimsəyir, onların təxminən yarısı protona çevrilir. Atomların kimyəvi mənsubiyyətini təyin edən proton sayı olduğundan bu proses onların sürətli təkamülünə səbəb olur və nəticədə daha ağır elementlər əmələ gəlir.

 

Beləliklə, supernova partlayışının başlanğıcında dəmir atomunun nüvəsi hər addımda ağırlıq qazandığı üçün kobalta, sonra nikel, daha sonra mis və s. çevrilir. Sonrakı addımlar qızıl, qurğuşun, kadmiyum və hətta daha ağır elementlərin yaranmasına səbəb olur. Əslində, hər hansı bir yüngül element bu “sobanın” içində bir göz qırpımında daha ağır bir elementə çevrilə bilir.

 

Beləliklə, ölməkdə olan ulduz əsil “əl-kimya laboratoriyasına” çevrilir: qızıl, qurğuşun, uran və daha ağır elementlər yaranır və daha sonra ulduzlararası hidrogen-helium dumanına qarışmaq üçün kosmosa atılır. Sonradan digər ulduzlar və planetlər yarananda, əvvəlki ulduzlarda yaranmış bəzi elementləri miras alırlar. Nisbətən yeni ulduz olan Günəşimiz və Yer məhz belə yaranıb. Beləliklə, qarşılaşdığımız hər maddə və ya cisim bir zamanlar qədim bir ulduzun bir hissəsi olub.

 

Mürəkkəb elementlərin ulduzlarda meydana gəlməsi, milyardlarla il davam edən təkamül prosesində öz spesifik formasına çatması nəzəriyyəsi, heç bir halda "Böyük Partlayış" modelinin doğruluğundan asılı deyil. Hətta "Böyük Partlaş" nəzəriyyəsi sonradan rədd edilsə belə, elementlərin təkamül nəzəriyyəsi dəyişməz olaraq qalacaq.

 

Bu prosesin təfərrüatları ilk dəfə 1957-ci ildə bəlli olduqda, Əbdül-Bahanın yarım əsr əvvəl bunu dəqiq təsvir etdiyi ortaya çıxdı. Bu faktlar Bəhaullahın 1862-ci ildə yazdıqlarını da təsdiqlədi: yəni mis, bir göz qırpımında qızıla çevrilə bilir. O, Kitab-i-İqanda (Yəqinlik Kitabı) İlahi Vəhyin insan ruhuna olan dərin təsirini təsvir etmək üçün aşağıdakı bənzətmədən istifadə edir:

 

Mis kimi bir maddəyə nəzər sal. Mədənin dərinliklərində bərkiməkdən qorunsaydı, yetmiş ildə qızıl vəziyyətinə çatmış olardı... Ola bilsin ki, həqiqi eleksir bir anda misin qızıl vəziyyətinə çatmasına imkan verəcək və yetmiş illik bir müddət qısa bir zamana çevriləcək.

 

Lakin misin “öz mədəninin dərinliyində” qızıla çevrilməsi bir yana, bərkimədən necə qoruna bilər? Bəhaullahın yer üzündəki hər hansı bir mədəndən bəhs etməsi ehtimalı azdır. Laboratoriyada mis ərinmiş və ya hətta qaz halında saxlanıla bilər. Bu cür şəraitə çətin ki, mədən demək olar. Ancaq mis "mədəni" altında Bəhaullahın partlayan ulduzu nəzərdə tutduğunu düşünsək, vəziyyət fərqli görünə bilər. Mis, ulduzların partlayışı zamanı doğulur. Bundan əlavə, partlayış zamanı əmələ gələn mis, neytronları tutmaqla, nüvə reaksiyalar qızıla və ya daha ağır elementlərə çevrilənə qədər davam edir. Bu senari çərçivəsində misin yarandığı bu ulduz sobasını "mədən", yeni ulduzdan gələn neytron axınını - sözün əsl mənasında bir göz qırpımında transmütasiya prosesini həyata keçirə bilən "fəlsəfə daşı" adlandırmaq mümkündür.

 

Bu düşüncə başqa bir sual doğurur: Bəhaullah bir supernova partlayışından danışırsa və bu cür partlayışlar cəmi bir neçə gün davam edirsə, niyə görə O, transmutasiyanı “yetmiş il ərzində” baş verdiyini yazır? Ağıla iki mümkün cavab gəlir.

 

Birincisi, misin qızıla keçməsi yeni ulduzun parlaqlığının artdığı anda deyil, daha yavaş baş verən, hələ bizə məlum olmayan bəzi vəziyyətlərdə baş verir. Bu keçidin sürətli olduğunu bildiyimiz halda, daha yavaş bir keçidin nəzəri cəhətdən mümkün olduğunu da bilirik - heç bir fizika qanununu pozmamaqla. Sonsuz sayda mümkün nüvə reaksiyalarından indiyə qədər yalnız kiçik bir hissəsi təsvir edilmişdir və daha da kiçik bir hissəsi eksperimental olaraq öyrənilmişdir.

 

İkinci cavab: Bəhaullahın bu prosesi sadəcə elementlərin transmutasiyası ilə insanın ruhani inkişafı arasındakı məlum bənzətməni vurğulamaq üçün “yetmiş il ərzində” baş verdiyini izah etməsidir. Yetmiş il ənənəvi insan yaşı dır. Bəhaullah prosesin müddətini bu formal dəqiq şərtlərlə təsvir etməklə vacib bir həqiqəti vurğulayib: insan xarakteri tez (“gözqırpımın”) də dəyişə bilər, ya da həyatımızboyu özümünzlə mübarizə aparmalı oluruq.

 

Beləliklə, Bəhaullahın misin qızıla “öz mədənində” çevrilməsi ilə bağlı bildirişi insanların neçə nəslini qayğılandırmışdır. Yuxarıdakı mülahizələrin gələcək araşdırmalara kömək edəcəyinə ümid edirik.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...