Xəzər rayonunda yerləşən “Mağara” niyə sökülür?-AÇIQLAMA

11:23 06-04-2021 | icon 351 | Cəmiyyət
Xəzər rayonunda yerləşən “Mağara” niyə sökülür?-AÇIQLAMA

 - AÇIQLAMA + FOTO

Xəzər rayonu ərazisində Dübəndi bağlar qəsəbəsində 5-6 min il yaşı olan ərazinin hasarlanmasından şikayətçidirlər.

 

Versus.az xəbər verir ki, bu barədə mətbuata sakinlər tərəfindən məlumat verilib. Bildirilib ki, Dübəndi massivində sahilə bitişik ərazidə tarixi 5-6 min il olan və dünya petroqliflər (https://megalithica.ru/petroglifyi-dyubendi.html) siyahısına daxil olan yerlər çəpərə alınıb.

Sakinlərin sözlərinə görə petroqliflər olan ərazidə aktiv olaraq tikinti işləri aparılır. Tikinti işlərinin nə qədər qanuni olub-olmadığı isə məlum deyil.

Sakinlər bu ərazilərin nəzarətdə olmaması səbəbindən min illik tarixi olan yerlərin bir gecə də məhv edilməsindən narahatdırlar:

“Burada əvvəllər məlumat lövhəsi olub. Amma indi onuda yığışdırıblar. Üstəlik tikinti gedən ərazidən geriyə qalan tullantıları gətirib buraya atırlar. Aidiyyəti qurumlardan, təşkilatlardan bu məsələ ilə maraqlanmağlarını xahiş edirik”.

Oxu.az -ın Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sorğusuna cavab olaraq bildirilib ki, əməkdaşlar Xəzər rayonu Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən qayaüstü təsvirlər olan “Mağara” abidəsinə baxış keçiriblər:

“Baxış zamanı abidəyə hər hansı müdaxilə faktı qeydə alınmamış, lakin bir neçə ay öncə qoyulmuş mühafizə lövhəsi yerində aşkarlanmamışdır. Tarixi abidənin mühafizəsi istiqamətində tədbirlər görülür”.

Qeyd edək ki, e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə bir neçə dəfə naməlum şəxslər tərəfindən müdaxilə halları qeydə alınıb, ərazidə abidənin dövlət tərəfindən qorunması ilə bağlı qoyulan mühafizə lövhələri çıxardılıb. Dövlət Xidməti tərəfindən abidənin qorunması istiqamətində müvafiq addımların atılmasına baxmayaraq, yenidən eyni hallar təkrarlanıb. Hazırda lazimi tədbirlər görülməkdədir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...