Ukrayna-Rusiya gərginliyi müharibəyə çevriləcək, yoxsa... 

12:04 06-04-2021 | icon 283 | Dünya
Ukrayna-Rusiya gərginliyi müharibəyə çevriləcək, yoxsa... 

 

Ukrayna ilə Rusiya arasında hər an müharibə başlaya bilər. Ekspertlər hər keçən gün bu ehtimalın gücləndiyini deyirlər. Rəsmi Kiyev işğal edilən ərazilərini azad etməkdə israrlı görünür.

 

Versus.az yerli mediaya istinadən xəbər verirki, Ukrayna prezidenti Vladimir Zelenskinin  aprelin 10-da Türkiyəyə səfər etməklə bağlı verdiyi qərar bu mövzu ətrafında müzakirələri daha da sürətləndirib və  eyni zamanda bir sıra müzakirələrə yol açıb. Əsas nəzərlər burada qardaş Türkiyənin üzərinə yönəlib. Bu da təsadüfi deyil. Belə ki, Ankara və Moskva arasında son illərdə olduqca yaxın münasibətlərin olduğu hər kəsə məlumdur. Eyni zamanda 44 günlük II Qarabağ savaşında Azərbaycana Türkiyə ən böyük dəstəyini verdi və bu dəstək müharibədə Rusiyanın bir növ neytral qalmasına böyük təsir etdi. Şimal qonşumuzun II Qarabağ savaşı zamanı tutduğu mövqe təqdirəlayiq hesab olunur. Əksi olsaydı, Qarabağ savaşında ciddi çətinliklərlə üzləşə bilərdik...

Bir incə məqam da ondan ibarətdir ki, son illərdə Rusiya və Türkiyə Qarabağ da daxil, bir sıra regional münaqişələrin həllində bərabər addımlar atır.

SON DƏQİQƏ: Rusiya hər an bu şəhərləri işğal edə bilər - NATO hərəkətə keçdi  / FOTO | Yeni Gündəm

Bəs Ukrayna böhranında necə olacaq? Türkiyə Azərbaycana verdiyi haqlı dəstəyini indi də Ukraynaya verəcəkmi?

Qeyd edək ki, Azərbaycan ictimaiyyəti sosial şəbəkələrdə Ukraynaya dəstəyini ifadə edir. Dövlət səviyyəsində isə dəfələrlə Ukraynanın ərazi bütövlüyünü tanıdığımızı bəyan etmişik.

Bəs Ukrayna orada yaşayan azərbaycanlıların gözü ilə necə görünür? Proseslər necə şərh olunur?

168355130_2970143619929030_7861025116452945939_n.jpg (83 KB)

Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli “Yeni Müsavat”a açıqlamasında deyib ki, son vaxtlar Donbas bölgəsində Rusiya tərəfindən dəstəklənən separatçıların Ukrayna ordusunu hədəf alan hücumundan sonra Moskva və Kiyev arasında gərginlik yaşanır: “Mart ayından indiyədək bölgədə atəşkəsin pozulması nəticəsində onlarla Ukrayna hərbçisinin həlak olması narahatlığı daha da artırır. Rəsmi Kiyev isə artan gərginlik fonunda Ukrayna hava sahəsinin NATO tərəfindən qorunmasını təklif edib. Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşdiyi və NATO ilə təşkil ediləcək birgə hava patrullarının bölgənin sabitliyini təmin etmək üçün vacib olduğunu qeyd edib. Gərginlik isə artmaqda davam edir”.

Dominant.Az - Ukrayna ordusu hərəkətə keçdi - Donbasda döyüşlər başladı

Soydaşımız müharibə riskindən də söz açdı: “Münaqişənin eskalasiya riski kifayət qədər böyükdür. Amerikalılar bu barədə açıq danışırlar. Onlar həm Ukrayna, həm də Rusiyanın hərbi rəhbərliyi ilə tez-tez əlaqə saxlayırlarsa, demək, vəziyyət kifayət qədər ciddidir. Həm də vəziyyət indi deyil, yanvar ayından bəri gərginləşməyə başlayıb. Və hərbi hərəkətlər nəzərəçarpacaq dərəcədə müşahidə olunur. Artıq hərbi toqquşmalar baş verir. Bəzi ekspertlər hesab edirlər ki, Rusiya rəhbərliyi amerikalı həmkarı Co Baydendən onu qatil adlandırmasının qısasını almaq, həm də rusiyalıların diqqətini daxili problemlərdən yayındırmaq üçün Donbasda vəziyyəti bilərəkdən gərginləşdirir. Digərləri isə baş verənlərin Ukraynaya, sadəcə olaraq, təzyiq xarakteri daşıdığını bildirirlər. Əsas təhlükə isə Rusiyanın birbaşa hərbi müdaxiləsi, genişmiqyaslı əməliyyatların başlaması ehtimalıdır. Belə bir müdaxilə ilə bağlı potensial təhlükə var. İki aya yaxındır ki, Rusiyada guya Ukraynanın Donbas istiqamətində hücuma keçəcəyinə dair fikir formalaşdırılır. Bununla rəsmi Moskva ya Ukrayna və onun müttəfiqlərini qorxutmaq istəyir, ya da sadəcə, yaxın vaxtlarda hücum əməliyyatlarına başlamaq üçün zəmin hazırlayır”.

İ.Camalbəyli Türkiyə məsələsinə də toxundu: “Gözlənilən hərbi toqquşmalarda Türkiyənin Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyi Ukraynaya verəcəyi inandırıcı deyil. Rəsmi Kiyev də bunun fərqindədir. Amma Türkiyə Ukraynanın ərazi bütövlüyünün bərpasında maraqlıdır, Rusiya ilə münasibətləri gərginləşdirməməklə Ukraynaya müəyyən hərbi dəstək nümayiş etdirir. Hər iki ölkə hərbi əməkdaşlıqda maraqlıdır. Türkiyə silah sənayesində Ukraynanın imkanlarından istifadə etmək istəyir. Eləcə də Ukrayna hərbi PUA-lar məsələsində Türk ordusunun təcrübəsini tətbiq etmək istəyir. Bəlli olduğu kimi, Donetsk və Luqanskidə ara-sıra atışmalar olur. Hər an böyük miqyaslı hərbi əməliyyatlar başlana bilər. Üzün müddət işğalla üzləşmiş Azərbaycan rəsmən Ukraynanın ərazi bütövlüyünü tanıyır. Təsadüfi deyil ki, rəsmi Kiyev 5 strateji tərəfdaşı arasında Azərbaycanı da görür. Bu o deməkdir ki, Azərbaycanla Ukrayna arasında münasibətlər çox normaldır. Ukrayna son Qarabağ müharibəsində birmənalı şəkildə Azərbaycanın haqq mübarizəsini dəstəklədi. Ukraynanın münaqişə bölgələrində hərbi əməliyyatlar başlasa, rəsmi Bakının da Ukraynaya eyni cür dəstək verəcəyi şübhəsizdir. Beynəlxalq hüququn prinsipləri də bunu tələb edir. Eyni zamanda qonşu Rusiya ilə münasibətləri də normal vəziyyətdə saxlamağa çalışacağıq. Belə situasiyalarda Prezident İlham Əliyevin çox böyük diplomatik təcrübəsi var və zaman-zaman bunu nümayiş etdirib. Ümid var ki, münaqişə aktiv hərbi əməliyyatlar mərhələsinə daxil olmayacaq və tərəflər danışıqlar prosesinə başlayacaq”.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol