Daha bir TƏHLÜKƏ:İkiqat mutasiyalı koronavirus tapıldı
 

12:09 06-04-2021 | icon 292 | Dünya
Daha bir TƏHLÜKƏ:İkiqat mutasiyalı koronavirus tapıldı 

 


ABŞ-ın San-Fransisko körfəzi bölgəsində ilk dəfə olaraq koronavirusun ikiqat mutasiyaya uğrayan Hindistan variantı - "ikiqat mutant" adlandırılan növ - aşkar edilib.

 

Versus.az xəbər verir ki, yerli "NBC Bay Area" telekanalının məlumatına görə, söhbət, çox güman ki, koronavirusun bu növünün ABŞ-da ilk qeydə alınmasından gedir.

Nəşr yazır ki, koronavirusun Hindistan variantına yoluxma halı Stenford Klinik Virusologiya Laboratoriyasının mütəxəssisləri tərəfindən təsdiqlənib. Laboratoriyanın rəhbəri Benjamin Pinski bildirib ki, daha yeddi nəfərin virusun bu variantına yoluxmasından şübhələndikləri üçün yoxlamalar aparılır və nəticələr bu həftə məlum olacaq.

Nəşrin yazdığına görə, daha əvvəl Hindistanda aşkar olunan "ikiqat mutant" ikiqat mutasiyaya malikdir, ancaq onun daha yoluxucu olması və ya vaksinlərə qarşı davamlılığı hələ ki dəqiqləşdirilməyib.

San-Fransiskoda Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Piter Çin-Honq narahatlıqla bildirir ki, Hindistanın Maharaştra əyalətində qeydə alınmış koronavirusa yoluxma hallarının 20%-ni təşkil etdiyi üçün bu variant daha yoluxucu ola bilər.

"Bu Hindistan variantı əvvəllər ayrı-ayrılıqda qeydə alınmış variantların eyni virusda cəmləşdiyi ikili mutasiyaya sahibdir", - Çin-Honq belə deyib.

Cənubi Afrika və Kaliforniya variantlarına qarşı peyvəndləmənin effektivliyi barədə təsdiqlənmiş məlumatları nəzərə alan mütəxəssis bu növə qarşı da peyvəndlərin effektivliyinə "nikbin" yanaşdığını qeyd edib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol