"Xalq artisti koronavirusdan dünyasını dəyişib”
Səhiyyə Nazirliyi ötən gün vəfat edən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ölüm səbəbini açıqlayıb.
Versus.az xəbər verir ki, nazirlikdən yerli mediaya bildirilib ki, sənətkar koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib: “Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən Xalq artisti koronavirusdan dünyasını dəyişib”.
Xatırladaq ki, mərhumun xanımı Gülü Hüseynova bugünkü açıqlamasında öz və həyat yoldaşının koronavirusa yoluxmadığını açıqlamışdı.
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"