"Ölkədəki sabitliyin qorunması üçün Ramiz Mehdiyevin həbsi labüddür"

17:48 06-04-2021 | icon 234 | Siyasət
"Ölkədəki sabitliyin qorunması üçün Ramiz Mehdiyevin həbsi labüddür"

Hafiz Hacıyev: "Ramiz Mehdiyev həbs edilməlidir, ilanı yaralayıb buraxmaq olmaz"

 

"Keçmiş polis işçiləri, vaxtilə hakimiyyətdən qovulmuşlar, dövlətdən milyardlarla vəsait oğurlamış insanlar Ramiz Mehdiyevin ətrafında cəmləşib. Oğurlanan vəsaitləri də siyasi qumara qoyurlar. Azərbaycan xalqı onların siyasi qumarda kimi oynatdıqlarını yaxşı görür və bilir. Əgər ölkədəki sabitliyi qoruyub saxlamaq istəyirlərsə, Ramiz Mehdiyevin həbsi labüddür".



Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.


Partiya sədri bildirib ki, Ramiz Mehdiyev başına dəstə yığıb onu maliyyələşdirir və Azərbaycan dövlətçiliyi əleyhinə qaldırır.



Onun sözlərinə görə, Ramiz Mehdiyevin ətrafına nəzər salanda görünür ki, ətrafı yalnız kriminal, vəzifədən qovulmuş, Azərbaycan dövlətinin əleyhinə çalışan insanlardır:

"Ramiz Mehdiyevin AMEA-dakı işləri dəqiq yoxlanılsa, görün ortaya hələ nələr çıxır, nələr... Ölkədə mənəm-mənəmlik edir, Azərbaycan qanunlarına tabe olmaq istəmir. Bütün fəaliyyəti ilə ölkədəki sabitliyi pozmağa çalışır, dövlətə xəyanət edir. Ümumiyyətlə, müəyyən qüvvələrlə birləşib dövlət çevrilişi etmək niyyətindədir. Çünki Ramiz Mehdiyevin xisləti belədir. Bu səbəbdən o, təcili həbs edilməlidir. Bu insanın həbs olunmadığı hər gün ölkənin imicinə mənfi təsir göstərir. Ümumiyyətlə, Ramiz Mehdiyevə bu qədər humanist davranılmasının səbəbini başa düşə bilmirəm".



Hafiz Hacıyev həmçinin qeyd edib ki, AMEA-da təkcə Ramiz Mehdiyev deyil, Elton Məmmədov, Ziya Məmmədov da gizli şəkildə çox ciddi fəaliyyət göstərirlər:

"Digər bir sıra nazir və generallar da Ramiz Mehdiyevin ətrafındadır və zaman-zaman gözükölgəli şəkildə vəzifədən qovulan adamlardır. Bu gün onun sərbəst qalması çox təhlükəlidir. İlanı yaralayıb buraxmağa dəyməz, o onsuz da yaralıdır. O vaxtı kürəkənini əli-qolu qandallı apardılar və s. bütün bunları həzm edə bilmir".


Qeyd: AMEA-da aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır. /pravda.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin