“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə”
Qənirə Paşayeva “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsinin yekun mərasimində çıxış edib.
Versus.Az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən ilin fevral ayında elan olunmuş “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsinin yekun mərasimi keçirilib.
“Onlayn” formatda keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın Mədəniyyət Nazirliklərinin rəsmi təmsilçiləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyi, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi, rəssamlar və mədəniyyət sahəsində fəallar iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva iki ölkə arasındakı tarixi dostluqdan danışıb, özbək ziyalılarının Vətən Müharibəsi günlərində, ümumən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün verdiyi mənəvi dəstəkdən, onların dünya birliyinə müraciət edərək Azərbaycana həmrəylik nümayiş etdirmələrindən danışıb, Özbəkistan dövlətinin və xalqının qardaşlığını yüksək qiymətləndirib. Q.Paşayeva Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlandığını, şəhər və kəndlərimizin, milli mədəni irsimizin tamamilə dağıdıldığını, məhv edildiyini xüsusi vurğulayıb. O, Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi bu layihəni yüksək qiymətləndirib, onun yalnız rəsm müsabiqəsindən ibarət olmadığını – qardaş xalqlar arasında möhkəm dostluq körpüsünü daha da möhkəmləndirdiyini bildirib.
Şuşanın Azərbaycanın mədəniyyət Paytaxtı elan olunmasını xatırladan Q.Paşayeva, bu müəddəs şəhərin eyni zamanda türk dünyasının, islam dünyasının mədəniyyət paytaxtı olduğunu qeyd edərək, Qarabağda Azərbaycan mədəniyyət abidələrinə qarşı erməni vandallığını, eyni zamanda ümumtürk, ümumislam və bəşər mədəniyyətinə qarşı vandallıq aktı kimi xarakterizə edib. Komitə sədri Qarabağı görmədən gğzəl rəsm əsərləri ilə çıxış edən özbək rəssamlarını Azərbaycana dəvət edib, onları uyğun zamanda Qarabağda, Mədəniyyət Paytaxtımız Şuşada görməkdən şad olacağımızı söyləyərək, “bu dəfə, işğaldan azad olunmuş torpaqlarımızı görər və çəkərsiz, yeni əsərlərin əsasında daha bir müsabiqə keçirərik” deyib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"