"Türkiyənin beynəlxalq münasibətlər sisteminə təsir edən bir ölkə olacağı gözlənilir"

09:04 07-04-2021 | icon 432 | Geopolitika
"Türkiyənin beynəlxalq münasibətlər sisteminə təsir edən bir ölkə olacağı gözlənilir"

Məhəmməd Əsədullazadə: "AKP-nin hakimiyyətdə olması, Azərbaycan və türk dünyasının maraqlarına cavab verir"

 
 

"Türkiyənin regional müstəvidə təsirinin artması, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada strateji cəhətdən möhkəmlənməsi, Rusiyanı ciddi narahat edir. Qeyd edim ki, 2023-cü ildən başlayaraq Türkiyə beynəlxalq münasibətlər sisteminə təsir edən bir ölkə olacağı gözlənilir. AKP-nin hazırkı siyasi kursu buna hesablanıb və Böyük Britaniya ilə birgə yeni siyasi nizamda yer alacaq".

 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
 
 
Politoloq qeyd edib ki, 2016-ci ilə hərbi çevrlişi məhz Türkiyəni bu hədəflərinin qarşısını alınmasına hesablanmışdı. Onun sözlərinə görə, bu hərbi çevrliş cəhdinin uğursuz olması, heç də anti-Türkiyə qüvvələrinin geri çəkilməsinə gətirib çıxarmadı:
 
 
"Hazırda Türkiyə hakimiyyətinin devrilməsində Qərbdə və Rusiyada maraqlı tərəfdir. 2016-ci il çevrilişində Rusiya və Qərb ayrı-ayrı cəbhədə olasada, hazırda isə Moskvada Türkiyə hakimiyyətnin daxili böhrana yuvarlanmasında maraqlı tərəfdir. Rusiya artıq Türkiyənin Şərqə baxışını geosiyasi maraqlarına təhlükə hesab edir. Məhz 103 təqaüddə olan admiralın və sabiq millət vəkillərinin Montre anlaşması və konustitusiya ilə bağlı bəyanat verməsi, birbaşa hakimiyyəti təhdid etmək və narazı bir elektorad formalşadırmaqdır".
 
 
M.Əsədullazadə bildirdib ki, ötən əsrdə boğazlarla bağlı Montre anlaşamsı və konustitusiya Türkiyənin hədəflərinə doğru addımlanmasında bir əngəldir. Politoloqun fikrincə, bu da Qərb ölkələrini və Rusiyanı ciddi narahat edir:
 
 
"Tükriyə Montre anlaşmasını ləğv edəcəksə, boğazlarda tam üstünlük əlində olacaq. Həmçinin konustituisynın dəyişiməsi, Türkiyəni gücləndirəcək. Ona görə də Türkiyə hakimiyyəti hədəf alınıb və məqsəd növbəti hərbi çevrlişə cəhddir.
 
Bu günki, Türkiyə hakimiyyəti və başda prezident R. T. Ərdoğan olmaqla heç bir hakimiyyət Türkiyəni bu qədər inkişaf etdirə bilməzdi. Türk dünyasını bir arya gətirə bilməyəcəkdi. Bu istiqamətdə AKP ciddi strateji siyasət reallaşdırır. Türkiyə dərin dövlətlə idarə olunur və hazıkrı hakimiyyət dərin dövlətin özüdür".
 
 
Qeyd etmək lazımdır ki, Türkiyə və hakimiyyətinin Azərbaycanın siyasi olaraq yanında olması Qarabağda zəfər çalmağımızın əsas faktorlarındandır. AKP Türk xalqının milli və təhlükəsizlik maraqlarını həyata keçirdiyi üçün hədəfdədir. FETÖ -nün Türk ordusu daxilində dayaqlarının hələdə qalması təhlükənin qalmasını göstərir. CHP, İYİ partiya və hərhansı bir partiyanın hakimiyyətə gəlməsi Türkiyənin inkişafına zərbə vuracaq".
 
 
Politoloq qeyd etdi ki, İstanbulda CIHP-nin qələbəsi deyil, bu qələbə İmamolunun özünün şəxsi qələbəsidir:
 
 
"2023-cü il seçkilərində AKP növbəti dəfə hakimiyyətdə qalması mümkündür. Türkiyə ordusunda və siyasi sistemində növbəti təmizləmə əməliyatı keçirilib, xainlər zərərləşdiriləcək. Bu da prezident Ərdoğanın hakimiyyətini gücləndirəcək. 2023-dən sonra Türkiyə Montre anlaşmasını və hazırkı konusititusiyanı ləğv edəcək".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı