Millimiz niyə həmişə uduzur? - Şahin Diniyev 

15:53 07-04-2021 | icon 285 | İdman
Millimiz niyə həmişə uduzur? - Şahin Diniyev 

Futbol ictimaiyyəti millinin ardıcıl uğursuzluğu və ölkə futbolunun dibə vurmasında futbol veteranlarını da ittiham edir. Onların fikrincə tanınmış veteranlar AFFA-dan aldıqları cüzi əmək haqqı, bir qismi iş qarşılığında susur və tənqiddən yan qaçıb ümumi sözlər deyirlər. Alberto Torresdən bu yana milliyə gətirilən əcnəbi məşqçilərin – Berti Foqtsdan tutmuş hazırkı baş məşqçi Cianni De Byaziyə qədər yığdıqları xalı elə yerli məşqçilər də qazanıb.

O zaman əcnəbilərə ayrılan bu qədər pulun əvəzini hara xərcləyib futbolun inkişafına təkan vermiş olardıq?

Dünya çempionatının 2022-ci ildə keçiriləcək oyunları üçün seçmə mərhələdə millimiz nəinki bir xal belə qazanmayıb, Qətər kimi ölkənin yığmasına da yoldaşlıq görüşündə məğlub olub.

 

Niyə millimiz bu gündədir? Ordusu Qarabağda zəfər çalan ölkənin milli komandası ən azı bu tarixi qələbədən ruhlanaraq meydanda ürək qoymalıydı. Amma futbolçular meydana sanki ölüvay vəziyyətdə, həvəssiz çıxırlar.

 

Əvəzində isə döyüş meydanında darmadağın edilmiş, siyasi rəhbərliyi hərbi kapitulyasiyaya imza atmış Ermənistanın futbol üzrə yığma komandası dünya çempionu olmuş Almaniyanın yer aldığı qrupda ardıcıl 3 qələbə ilə liderliyə qalxıb.

 

Eləcə də gürcü qonşularımız dünya çempionu İspaniyanı son dəqiqədə qol yeməsə, az qala udacaqdı, yunanlarla heç-heçə oynayırlar. Bizim milli isə düzəlmir ki, düzəlmir...

 

“Qarabağ” bu illər ərzində ürəyimizi çox açdı, başımızı uca etdi, adına layiq oynadı və buna görə təşəkkürümüz sonsuzdur. Amma milli komanda bir başqa duyğudur.

 

İndi Şuşada bayrağımız dalğalanandan sonra da milli komandanın bu cür məğlubiyyətləri yenidən sıralamasının səbəbi nədir?

Eyni zamanda ölkə çempionatı idman ictimaiyyəti tərəfindən sərt tənqid olunur. Buna daha çox “Abşeron birinciliyi” adı vermək olar.
Çünki klubların əksəriyyəti Bakı komandalarıdır və vaxtilə bölgə komandalarının iştirak etdiyi o rəqabətli turnir artıq yoxdur. İndi nə Gəncə “Kəpəz”i, nə Şəmkir, nə Tovuz “Turan”ı, nə Yevlax “Karvan”ı, nə Lənkəran “Xəzər”i və digərləri var.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür