Metro, “mall”lar və idman zallarının fəaliyyəti nə vaxt bərpa olunacaq?- AÇIQLAMA

16:08 07-04-2021 | icon 591 | Sosial
Metro, “mall”lar və idman zallarının fəaliyyəti nə vaxt bərpa olunacaq?- AÇIQLAMA

“Epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydaları sərtləşdirilə və ya yumşaldıla bilər. Azərbaycanda ÜST-ün ekspertləri var və müəyyən məsləhətləşmələr aparılır, qərarlar qəbul edilir”.

 

Versus.az xəbər verirki, bu sözləri yerli mətbuata tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

 

Onun sözlərinə görə, əgər ölkədə yoluxanların sayında azalma olarsa, vəziyyət yaxşıya doğru gedərsə, karantin qaydalarında yumşalmalar olacaq: “Əski olacağı təqdirdə, sərtləşdirmə olacaq. Burada SMS icazə sisteminə qədər karantin qaydaları sərtləşdirilə bilər.

 

Azərbaycanda vaksinasiya prosesi gedir. “COVAX” platforması vaxtında Azərbacana vaksin vermədilər. Amma biz Türkiyənin köməyi ilə Çindən vaksin alıb peyvəndləşmə prosesinə başlayaraq, Cənubi Qafqazda ilk ölkə olduq. TƏBİB bizə vəd verib ki, yay aylarına qədər əhalinin 7 milyonunun vaksinasiya nəzərdə tutulub.

Əgər bu proses deyilən kimi təşkil olunarsa, bu, kollektiv immunitetə çatmaq üçün böyük yoldur. Hesab edirəm ki, vaksinasiya üçün yerlər artırılmalıdır. Bundan başqa şayiələr gəzir ki, vasksinasiya olunmaq istəməyən bəzi şəxslər hansısa sənədə qol çəkməklə qeydiyyata vaksin vurdurmuş kimi qeydə alınır. Buna qətiyyən yol vermək olmaz.

Yay aylarında çöldə maskasız gəzmək məsələdi də hamını maraqlandırır. Bu məsələ epidemioloji vəziyyətdən asılı olacaq. Əgər əlavə yoluxmalar olmazsa, dördüncü dalğa qeydə alınmazsa, açıq havada maskasız gəzmək mükün olacaq.

Kütləvi immunitetin formaşalması üçün əhalinin 75 faizində immunitetin yaranması lazımdır. Bura istər xəstəlik keçirənlər, istərsə də vaksinasiya olunanlar aiddir. Azərbaycanın quru sərhədlərinin bağlı qalması, metro, “mallar” və idman zalları ilə bağlı qadağaların ləğvinə gəldikdə isə deyə bilərəm ki, əgər vəd verilən kimi yay aylarına qədər bu qədər insan vaskinasiya olunacaqsa, biz buna nail ola bilərik”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin